beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**3_NeSiHeT(ibretli Hekaye)**

Üç nəsihət (çox ibrətamiz
revayet)
Uzun illər öncə çox uzaqlarda
bir şəxs vardı. Bu adam
işləmək məqsədilə çox
uzaqlara getmişdi. İllərlə
işlədikdən sonra
məmləkətinə qayıtmaq
zamanı gəlmişdi. Bu iş
müddətində cəmi 3000 axça
yığır və evinin yolunu tutur.
Yolu böyük bir şəhərdən
keçdi. Yolda gedərkən birinin
"Bir nəsihət min axça, bir
nəsihət min axça" - deyə
qışqırdığını eşitdi. Həmin
şəxs düşündü: “Bir nəsihəti
min axçaya satırlar, mənsə
illərlə işlədim və yalnız 3000
axça yığdım”. Maraq ona güc
gəldi. Dayana bilməyib min
axça verərək nəsihəti aldı.
Nəsihətdə "Bəxtinə nə
yazılıbsa, o da olar"
yazılmışdı. O, yoluna davam
etdi...
İrəlidə başqa bir adam "Bir
nəsihət min axça" - deyə
qışqırırdı. Yenə özünü
saxlaya bilmədi və min axça
verib ikinci nəsihəti də aldı.
İkinci nəsihət belə idi: "Könül
kimi sevsə, gözəl odur".
Qalan min axçası ilə yoluna
davam etdi. Şəhərin çıxışında
yenə bir adam bir nəsihəti
min axçaya satırdə. Həmin
adam bir puluna baxdı, bir də
nəsihəti satan şəxsə. Dözə
bilməyib qalan son puluyla
da o nəsihəti aldı. Son
nəsihətdə deyilirdi: "Heç bir
iş üçün tələsmə". Pulsuz
yoluna davam etdi.
Şəhərin çıxışında insanlar
yığışmışdı. Onlar təlaş
içindəydi. Adam onlara
yaxınlaşdı və bir nəfərdən nə
baş verdiyini soruşdu. Həmin
adam cavabında dedi:
“Burada şəhərin bütün su
ehtiyacını qarşılayan bir
quyu var, amma quyunun
içində də canavar var.
Canavar suyun qabağını
kəsib. Aşağıya kim endisə,
heç biri çıxa bilmədi. İndi hər
kəs aşağı enməyə qorxur".
Adam düşündü və ilk aldığı
nəsihət ağlına gəldi: "Bəxtinə
nə yazılıbsa, o da olar". Aşağı
enməyə qərar verdi. Enərkən
canavar dərhal onu tutdu və
dedi: "Bura gələnlərin
hamısına bir sual verdim,
bilmədilər. Əgər bilsən, səni
buraxaram. Bir dizinə sarışın
və dünya gözəli bir qadın,
digər dizinə də qurbağa
qoysam, de görək hansı
gözəldir?". Adamın ağılına
ikinci nəsihət gəldi və "Könül
kimi sevsə, gözəl odur" -
dedi. Bu cavab canavarın
xoşuna gəldi. Çünki canavar
qurbağanın gözlərinə aşiq
imiş. Adamı sərbəst buraxdı
və suyun yolunu açdı. Həmin
adamı kralın yanına apardılar
və özü ağırlığı qədər ona qızıl
verdilər.
Adam yola düzəldi və
nəhayət, evinə çatdı.
Pəcərədən içəri baxdı. Gördü
ki, arvadı bir gənclə diz-dizə
oturub. Dərhal qılıncını çəkdi
və içəri girərkən üçüncü
nəsihət yadına düşdü: "Heç
bir iş üçün tələsmə". Qılıncını
qınına qoydu və içəri girdi.
Xoş-beşdən sonra
arvadından gəncin kim
olduğunu soruşdu. Qadın da:
"Sən getdiyin zaman mən
hamiləydim və bir oğlumuz
oldu. Bu gənc sənin
oğlundur" - dedi.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar