beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***QiYaMeT_GuNu***

Biz inanırıq ki, Qiyamət günü
peyğəmbərlər, məsum
imamlarımız və Allahın dostları
(yaxşı bəndələri) Allahın izni ilə
bəzi günahkar insanlara şəfaət
edəcək. Onları bağışladacaqlar.
Amma unutmayın ki, Allah bu
icazəni öz mənəvi əlaqələrini
Allah-təala və onun dostları ilə
kəsməyən layiqli insanlara bəxş
edəcəkdir. Deməli şəfaət
məsələsi, heç də, hesab-kitabsız
deyildir. Şəfaət də, bir növ
insanların niyyətlərinə və
əməllərinə bağlıdır. Ənbiya
surəsində oxuyuruq: “Onlar
Allahın razı olmadığı şəxslərdən
başqasına şəfaət
etməzlər!” (28-ci ayə) Nübuvvət
bəhsində söylədik ki, şəfaət
məsələsi, bir növ insanları
tərbiyə etmək yoludur. Və Allah
və onun layiqli bəndələri,
dostlarından rabitəni kəsməmək
və günahdan uzaqlaşmaq üçün
bir vəsilədir. Yəni nəticədə
günahkar insan, Allaha ümidvar
olaraq, bir daha günah etmir və
sonrakı ömür yolunu paklıqla
başa vurur. Şübhəsiz, İslam
Peyğəmbəri (s) Həzrət
Məhəmməd (s.ə) “Əzəmətli
şəfaət” məqamına malikdir.
Ondan sonra isə digər
peyğəmbərlər, məsum imamlar
(ə) və hətta alimlər, şəhidlər, arif
möminlər... insana şəfaətçi
olacaqlar. Qur`ani-kərim və saleh
əməllər də, insana şəfaət
edəcəkdir. İmam Sadiq (ə)
buyurur: “Bütün insanlar
Qiyamət günü Məhəmməd
Peyğəmbər (s.ə)-in şəfaətinə
ehtiyaclıdırlar!” (Bihar; c. 8, s.
42) “Kənzul-ummal” kitabında
Peyğəmbər (s.ə)-dən nəql edilən
bir hədisdə buyurulur: “Qiyamət
günü beş şəfaətçi vardır:
Qur`an, sileyi-rəhim (qohumlarla
əlaqəni kəsməmək), əmanətdar
olmaq, sizin Peyğəmbəriniz (s)
və onun pak Əhli-beyti
(ə)!” (Kənzul-ummal hədis
39041, c. 14, s. 390)
İmam Sadiq (ə) özünün digər
hədisində buyurur: “Qiyamət
günü “alim” və “abid” (ömrünü
yalnız ibadətlə keçirən şəxs)
birlikdə Allahın “hüzurunda”
olar. Abidə deyilər: “Cənnədə
gir!” Alimə isə deyilər: “Dayan!
Və xalqa (onlara verdiyin gözəl
tərbiyəyə görə) şəfaətçi
ol!” (Bihar, c. 8, səh. 56, hədis
66) Bu hədis şəfaətin
fəlsəfəsinə gözəlincə şəkildə
işarə edir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar