beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha Səcdədi, Peyğəmbərə Hörmətdi NAMAZ.

İslam övladı üçün, öncə şəhadətdi NAMAZ,
Pak olan qəlbə qida, ruha şəfaətdi NAMAZ.
Şəriət hökmünə, əlbəttə itaətdi NAMAZ.
Səcdə et, yığ yükü üstünə, sərvətdi NAMAZ.
Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.

O namaz ki, onu vaxtı ilə Peyğəmbər (s) qılmış,
Tanrının sirri, o həqq aşiqi Heydər (ə) qılmış,
11 övladı ilə Fatimə (ə) yeksər qılmış.
Dur qoşul sən də bu sıx cərgəyə, vəhdətdi NAMAZ.
Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.

O namaz ki, onu göylərde mələklər də qılır.
Rəbbinə səcdə edən bəndələr hər yerdə qılır.
Dəstə-dəstə yığılıb Kəbəyə, bir yerdə qılır.
“Müstəqim” yol ki, deyirlər, ona dəvətdi NAMAZ.
Allaha səcdədi, Peyğəmbərə hörmətdiNAMAZ.
Səni aldatmasın aləmdəki bu cah-cəlal.
Xaliqi zikr edən ol, eyləmə şeytani-xəyal
Hər Azan vaxtı pak ol, niyyəti ilə dəstəmaz al,
“Həmd”-i – “İxlas”-ı özü, qayyəti ayətti NAMAZ.
Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.

Tanrı nur yaradıb zülməti tərk etmək üçün,
Zülməti xəlq elədi, fərqini dərk etməküçün.
Namaz əmr oldu ki, bəd işləri tərk etmək üçün,
Ədəb-ərkandı mərifət, həya-ismətdi NAMAZ,
Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.

Bax namaz əhlinə, ay tək üzü aydın, parlaq,
Çünki qəlbində həsəd yoxdur, imandır ancaq,
Dəstəmazın suyu möminlərin üzün
etmiş ağ,
Tanrının dərgahına əl açmağa hacətdi NAMAZ,
Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.

Tövbə et keçmişinə, bəlkə də ömrün var hələ,
Hər namaz vaxtı sən də tələs bu xeyir əmələ,
Qibləyə üz tutaraq, üz-üzə dur Rəbbin ilə,
Aşiqin məşuq ilə etdiyi söhbətdi NAMAZ,
Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.

Kim namaz aşiqidir, Tanrı ona yar olsun,
Axirət sorğu sualında həvadar olsun,
Namaz əhlinə yaraşmaz özü qəddar olsun,
Çünki “ər-Rəhman” olan Xaliqə xidmətdir NAMAZ. Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ.

Yusifa, qəbrə qədər həqqə ibadət elə sən!
Tanrıya laiq olan kəlmələri al dilə sən!
Oxu hər yerdə gözəl şeirini avaz ilə sən!
Bəşər övladına hər yerdə hidayətdi NAMAZ,
Allaha səcdədi, Peyğəmbərə hörmətdi NAMAZ...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar