beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

H.Adəmlə H.Həvvanın övladları Niyə Evlənirmiş?

İnsanlar Hz. Âdəm’lə Hz. Həvva’dan doğularaq çoxalmışlar. Həvva anamız ancaq əkiz uşaqlar dünyaya gətirərdi. Bunlardan birisi oglan, digəri də qız olardı. Hz. Âdəm, eyni anda doğulan əkizləri, onlardan əvvəl və ya onlardan bir sonra doğulanan əkizlərlə evlendirərdi. Habil’lə bərabər doğulan qız çirkin, Qabil’lə birliktə doğulan qız isə gözəliydi. Bu halda Hz. Âdəm, Habil’in, Qabil’lə bərabər doğulan qızla, Qabil’in də Habil’lə bərabər doğulan qızla evlənməsini istədi. Ancaq Qabil buna razı olmadı, özü ilə doğulan gözəl qızı Habil’ə vermək istəməyərək özünə almaq istədi.
Hz. Âdəm buna icazə vermədi və məsələni Allah’a həvalə etdi. Cənabi Haqqdan gələn əmir isə belə oldu. Hər ikisinin də Allah’a qurban təqdim etmələrini, hansının qurbanı qəbul edilərsə Qabil’in bacısının ona aid olacağını söylədi. Bunu eşidən kimi Qabil bir dəstə buğda, Habil də bir qoyunu qurban olaraq təqdim etdi. Göydən enən bir alov Habil’in qurbanını aldı, Qabil’inki olduğu yerdə qaldı. Bu halda Habil haqlı çıxmış və qızı almağa haqq qazanmışdı,amma Qabil yenədə bununla razilaşmırdı. Bu hâdisə Qur’ân’da belə söylənmişdir:
“Onlara Âdəm’in iki oğluna dair xəbəri haqq ilə oxu. Onlar hərəsi qurban təqdim etdiklərində, birisinin qurbanı qəbul olunmuş, diğəri qəbul olunmamışdı. Qurbanı qəbul olunmayan digərinə, ‘Mən səni öldürəcəyəm’ dedi. O da, ‘Allah ancaq düz yol sahiblərinin qurbanını qəbul edər’ deyə cavab verdi.

“Habil belə davam etdi: ‘Əgər sən öldürmək üçün mənə əl qaldırsan, mən səni öldürmək üçün əlimi qaldıracaq deyiləm. Çünki mən âləmlərin Rəbbi olan Allah’dan qorxuram. Dilərəm ki, sən mənim günahıma yüklənəsən, Cəhənnəm atəşinin əhlindən olasən. Bu da zalımların cəzasıdır.

“Sonra nəfsi, qardaşını öldürməyi ona asan və xoş göstərdi; o da qardaşını öldürüb hüsrana uğrayanlardan oldu. Sonra Allah, qardaşının cəsədini necə örtəcəyini göstərmək üçün, ona, yeri eşələyən bir qarğanı göndərdi. Qabil, peşmanlıqla dedi. ‘Bu qarğa qədər ölü qardaşımın cəsədini örtə bilmədim!’ Artıq o etdiyinə peşman olmuşdu.

Hz. Âdəm’in uşaqlarının bir-birləri ilə evlənmələrinin dindəki yerinə gəlincə; Hz. Âdəm’dən Peyğəmbərimizə gəlincəyə qədər bütün peyğəmbərlər haqq dini təbliğ etmişlərdir. Dinin təməli olan îman əsasları həmişə eyni qalmışdır. Ancaq şəriət dediyimiz, ibadət və dünyaya aid işlərdə Hz. Âdəm’dən Peyğəmbərimizə qədər hər dövrün qaydalarına, insanların ehtiyaclarına görə bəzi hökmlər dəyişərək gəlmişdir. Cənab-ı Haqq hər dövrün insanının yaşayışını və mənfəətini nəzərə alaraq hər ümmətə ayrı bir şəriət göndərmişdir. Mâidə Sûresinin 48. âyəsində bu haqda, “Sizin hər biriniz üçün Biz bir şəriət və açıq bir yol təyin edək” buyurulur.

Bediüzzaman da bu məsələni belə izah edir: “Əsirlərə görə şəriətlər dəyişər. Bəlkə bir əsrdə ayrı ayrı şəriətlər, peyğəmbərlər gələ bilər və gəlmişlər. Hâtəmü’l-Ənbiya’dan (a.s.m.) sonra şəriət-ı kübrası (büyük şəriətə) hər əsirdə müxtəlif şəriətlərə ehtiyac qalmamışdır.

Məsələn, Yəhudilər ancaq havralarda, sinagoglarda, Xristianlar sadəcə kilsələrdə ibadət ede bilərkən, biz Müsəlmanlar hər yerdə namaz qıla biliriik. Yenə dəvə və qoyun kimi heyvanların iç yağları Hz. Musa’nın şəriətində haramkən, bizim dinimizdə halâldır.

Hz. Âdəm isə ilk insan və ilk peyğəmbərdir. Allah ona da bir din və bir şəriət göndərmiş və öyrətmişdi. O da Allah’ın özünə göstərdiyi şəkildə hərəkət edirdi. Cənab-i Haqq, Hz. Âdəm’in uşaqlarının bir birləriylə evlənməsini də bir zərurətdən halâl etmişdi. Çünki insan nəslinin artması əsasıydı. Başqa insan da olmadığına görə, bir zərurət olaraq Adəm övladlarının bir-birləri ilə evlənməsi lazımıydı. Bu âdət bir müddət davam etdi,ancaq insanlar çoxalınca belə bir evliliyə ehtiyac və zərurət qalmadı və bu tətbiqat da aradan qaldırılmış oldu.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar