beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyamet Gunu Barede Melumat.yeqinki Bu Hamiya Mara

Qiyamət deyilən dünyanın sonu gəlməzdən əvvəl bəzi qəribə, fövqəladə hadisələr zühur edər ki, bunlara qiyamət əlamətləri deyilir. Bunlar qiyamətin yaxınlaşdığının ön əlamətləridir. Çünki qiyamətin tam qopacağı zamanı ancaq Allah (c.c) bilər. Qullar, bəzi əlamətlərin zühuru ilə qiyamətin yaxınlaşdığını belə bilərlər. Bu əlamətlərin meydana gələcəyini Peyğəmbərimiz (s.ə.v.) xəbər vermişdir.

Ancaq, bunu ifadə etməliyik ki, qiyamət əlamətləri dediyimiz hadisələrin olması, bizim bildiyimiz və anladığımız mənada olmaya bilər. Yəni o hadisələr meydana gəldiyi və əlamətlər görüldüyü halda, biz onların fərqində olmaya bilərik. Çünki, qiyamət əlaməti olaraq göstərilən hadisələr, çox qəti xəttlərlə təyin edilmiş deyil. Bundan ötəri əlamətin meydana gəlişinin fərqinə varmamış ola bilərik. Elə isə müsəlmana düşən, qiyamət əlamətlərini və zamanını araşdırmaq deyil, hər an qiyamətə hazır olmaqdır. Çünki ölümlə insanın qiyaməti qopacaq. Ölümün isə gələcəyini əvvəldən xəbər verən əlamətləri, hər kəs üçün yoxdur.

Qiyamət əlamətləri kiçik və böyük əlamətlər olmaq üzrə iki qrupda toplanar. Bu ayırış, İslam alimləri tərəfindən bu iki nöqtə göz qarşısında saxlanılaraq edilmişdir:

Kiçik əlamət sayılanlar, insanların öz iradələrinə və hərəkətlərinə bağlı olanlardır. Bunlar insanların öz hərəkətləri səbəbiylə meydana gələn şərlərdən ibarətdir. Böyük olanlar isə, insan iradəsinə bağlı olmayan əlamətlərdir.
Kiçik əlamətlər, zaman etibarilə daha əvvəl meydana gələcəkdir. Qiyamətin qopuşuna, böyüklərıə müqayisədə uzaqdırlar. Böyük əlamətlər isə, qiyamətə olduqca yaxındırlar. Böyük əlamətlər görüldükdən sonra artıq saylı günlərə girilmiş, dünya relsindən çıxmış, məhv olmağa yönəlmiş deməkdir.

MÜKAFAT VƏ CƏZA

Axirət gününə iman etmənin təməlində bu dünyada edilənlərin o biri dünyada mükafat və cəza olaraq qarşılıqlarının görülməsi vardır.
Uca Allah bu mövzuda belə buyurur: "Kim zərrə ağırlığında bir xeyr etsə onun savabını görəcək; kim də zərrə ağırlığında şər etsə onun cəzasını görəcək." (Zilzal : 7 - 8.)

Həyat yolunda insanoğlunun üç (3) evi vardır: Biri bu fani aləmdir ki buna "Dünya" deyilir . İkincisi qəbir aləmidir ki, buna "Aləm-i Berzah" deyilir. Üçüncüsü isə, əbədi yaşayış aləmidir ki, buna da "Axirət evi" deyilir.

Rəsul-i Əkrəm (səv)-a nazil olan vəhydə üç evin hər üçündə də insanın mükafat və cəza görəcəyi bildirilmişdir. İnsan əməllərinin cəzasını və mükafatını müvəffəqiyyətsizlik və müvəffəqiyyət şəklində görəcək. Sonra insan ruhu ikinci evə keçəcək; orada da insan öz əməllərinin görünüşünü bir parça görəcək. Sonra bu mövcud dünyanın bütün işləri sona çatacaq, fani aləmin bütün şəkil və görünüşü silinib ortadan qalxacaq, nəhayət yeni bir aləm meydana gələcək; o zaman fani insanlar əbədiyyətə qovuşmaq üçün oyanıb qalxacaqlar, bütün əməllərin tamamıyla qarşılığını mütləq görəcəklər.
İnsanın ilk cəza görəcəyi yer bu dünyadır. Hər nə qədər insanın yaxşılıq və pisliyinin tam qarşılığını o biri dünyada "Axirətə" buraxılmışsa da, etdiyi işlərin qarşılığını bu dünyada da az çox görər. İnsan saleh əməl, yaxşı işlər qarşılığı olaraq; izzət, şöhrət, şan, şərəf, sevgi, güvən, rifah, səltənət və süverenliyə sahib olar. Əksinə pis əməllərlə, pis işlərlə də zillət, rüsvayçılıq, pərişanlıq, etibarsızlıq, qorxu, kədər və məhkumiyyətə uğrayar. Uca Allah bu barədə belə buyurur:

"Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Axirət yurdu isə daha yaxşıdır. Pisliklərdən çəkinənlərin yurdu, ən gözəl, ən mükəmməl yurddur." (Nəhl / 30)
"Allahın məscidlərində, Allahın adının xatırlanmasına mane olan və onların harab olmasına çalışanlardan daha zalım kim vardır? Əslində bunların oralara ancaq qorxaraq girmələri lazımdır. (Başqa cür girməyə haqqları yoxdur.) Bunlar üçün dünyada bir alçaqlıq, axirətdə də böyük bir əzab vardır." (Bəqərə : 114.)
"Sizdən kim, dinindən dönər də kafir olaraq ölsə, onların etdikləri işlər dünyada da axirətdə də etibarsız sayılmışdır. Onlar cəhənnəmlikdirlər və orada davamlı qalarlar." (Bəqərə: 217.)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar