beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

» ...Qiyamet Gunu...»

Qiyamət günü - günlərin ən dəhşətlisi və ən qorxulusudur. Qiyamət günü bütün ölülər diriləcək və cəmi insanlar etdikləri əməllərə görə cavab verəcəklər. Artıq geriyə yol olmayacaq. Bütün etdiklərmizin bəhrəsini o an görəcəyik. Aramızdan Cənnətə gedənləri görüb qibtə edəcək, cəhənnəmliklərə baxıb için-için ağlayacağıq. Hər kəs canını qurtarmağa yer axtaracaq - ata oğulu, oğul atanı tanımayacaq. Çünki hərə öz canının hayında olacaq. Cənnət hər zamankı kimi insanların arzu etdiyi yer olacaq. Qiyamət gününün vaxtını Allahdan başqa heç kəs bilmir. Deyilənə görə o gün cümə gününə təsadüf edəcək. Və oğrunun evə gizlin girdiyi kimi, o da gizlin və gözlənilməz halda baş verəcək. Odur ki, o an Cənnətə gedənlərin sırasında olmaq üçün indidən çalışmaq lazımdır. Qurani Kərimdə Qiyamət günü haqqında verilən əlamətlər çox azdır. Lakin az da olsa, Qiyamət günü haqqında müəyyən təsəvvürlərə yiyələnmək olar. Belə ki, Axirətin gəlib çatdığını xəbər verən birinci əlamət bundan ibarət olacaq ki, insanlar arasında birdən-birə dinsizlik yayılacaq, Məkkədə Kəbə yox olacaq, Quran unudulacaq, hündürmərtəbəli binalar tikiləcək, bəzi insan işlərini robotlar yerinə yetirəcək, əxlaqsız qadınlar cəmiyyətə əxlaqlı qadın kimi örnək göstəriləcək və s. O zaman göy də Allahdan ilham alacaq, müsəlman məsihi Mehdi (ə) (doğru yoldan aparılan) zühur edərək yerdə ədalət və imanı bir müddət üçün bərpa edəcək. Digər məlumata görə, Qiyamət günü baş mələklərdən İsrafil öz surunu (şeypurunu) birinci dəfə çalanda təbiət tir-tir titrəməyə başlayacaq, insanlar isə dəhşətə gəlib qaçışacaqlar. İsrafil surunu ikinci dəfə çalanda bütün insanlar can verib öləcəklər. İnsanlar hamılıqla öləndən sonra illik bir dövr başlayacaq və bu dövrün sonunda çox şiddətli yağış yağacaq. Bu yağışdan sonra üçüncü dəfə çalınan sur səsi eşidiləcək və bu səs bütün ölüləri hamılıqla dirilməyə və Qiyamət günündə Yerusəlimdə bir yerə yığışmağa çağıracaq. Məhşər günü min illərə bərabər olacaq. Dirilən insanlar qızmar Günəş altında çılpaq vəziyyətdə, tər tökə-tökə Allahın hüzurunda ayaq üstdə duracaqlar: onlardan hər birinin bütün əməl və hərəkətlərinin yazıldığı dəftər də əllərində olacaq. Allah insanları bir-bir dindirib sorğu-sual edəcək, bütün hərəkətlərini tərəzidə çəkən kimi ölçüb biçəcək, sonra insanlar tük kimi nazik və qılınc kimi iti olan Qıl (Sirat) körpüsünün üstündən keçəcək. Cəhənnəmin üstündən salınan bu körpü Cənnətə tərəf gedir. O zaman Mühəmməd (s.ə.s) Peyğəmbər günahkarların bağışlanması üçün Allah yalvaracaq. "Həqiqətdir ki, Allah özünə şərik qoşanları bağışlamaz, halbuki bundan başqa hər bir pis hərəkəti, kimə istəsə bağışlayar". Bəli, həqiqətən Allah rəhimli və mərhəmətlidir və biz də Rəbbimizə günahlarmızın bağışlanması və Qiyamət günü əfv olunanlar sırasında olmaq üçün tövbə etməli və dualar oxumalıyıq, bir də çoxlu savab işlər görməliyik.
Çünki Qiyamət günü həqiqətən var və olacaq da!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar