beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏZHƏBLƏRARASI YAXINLAŞMA NƏ DEMƏKDİR?

Məzhəblərarası yaxınlaşma – bir sünninin öz məzhəbini güzəştə gedib şiəlik içərisində əriməsi və ya əksinə, bir şiənin öz məzhəbini qurban verməklə sünni donuna bürünməsi deyildir. Bu, tərəflərdən birinin istəyinə uyğun olaraq digər tərəfi hədəfə alan proses kimi də başa düşülməməlidir. Çünki həyatın "“təkər”"i istəyə, arzuya görə diyirlənmir!

Məlumdur ki, uzun əsrlərin məhsulu sayılan məzhəblər nəsildən-nəslə, atadan-oğula, babadan-nəvəyə miras olaraq ötürülmüşdür. Kiçiklər məzhəblər üzrə boya-başa çatmış, böyüklər də onunla qarımışlar. Elə isə insanlar bir məqalənin, xütbənin, araşdırma və konfransın təsiri altnda öz məzhəblərindən əl çəkməzlər.

Biz məzhəblərarası yaxınlaşma və dialoq dedikdə "“gərginlik"”, “"bədgümanlıq"” [sui-zənn] və "“tərəflərin bir-birinə inamsızlığı"” kimi çirkləndirici faktorlardan mövcud abı-havanı təmizləməyi nəzərdə tuturuq. Bunlar elə faktorlardır ki, mütəmadilik kəsb edib gərgin vəziyyət alarlarsa, ədavət və nifrətə aparıb çıxararlar. Peyğəmbərin [Ona Allahın xeyir-duası və salamı olsun!] təbiri ilə desək, bu faktorlar “"...qırxıcı alət kimidir: saçı deyil, dini "“qırxarlar"””. [1]

Güman etmirəm ki, hansısa bir sünni və ya şiə müsəlman, ülgücün saçı qırxdığı kimi, öz dinini “"qırxmaq"”dan xoşlansrn. Əksinə, onlarn hər biri öz dinini qoruyub yaşatmağı təmənna edər.

Əgər biz mövcud abı-havanın "“təmizlənməsi"”nə öz töhfəmizi vermək istəyiriksə, qəzəb oyadan, hərc-mərclik çıxaran və çəkişmə yaradan söhbətləri, işləri bir kənara qoymalryıq. Bəli, belə söhbətləri, işləri kənara qoymaq lazrmdır. Əslində, biz bizləri bir-birimizdən ayıranı deyil, bir-birimizə yaxınlaşdıranı araşdırmalıyıq.

Təəssüf ki, bəziləri “"yaxınlaşma"” məqsədilə keçirilən görüşlərdə disputu, sağlam müzakirəni unudurlar; belə görüşlərdə tərəflər öz baxışlarını əsaslandırmağa, bir-birlərini isə məğlub etməyə çalışırlar. Çalışırlar ki, zəfər qazanıb müqabil tərəfi “"əzsinlər”".

Qətiyyətlə söyləyirik ki, görüşmələrin məqsədi bu olmamalıdır! Çünki mənfur məqsədlər sakitləşdirmək əvəzinə qıcıqlandırar, yaxrnlaşdırmaq əvəzinə isə uzaqlaşdırar.

Qeyd edək ki, “yaxınlaşma” məqsədli görüşmələr nisbətən kiçikmiqyaslı görüşlərin keçirilməsini istisna etmir; hər iki tərəfin mötədil alimləri və maarifçiləri [dəvətçiləri] bir araya gəlir, müəyyən problemləri müzakirə edirlər. Özü də bu müzakirələr dəlil-sübut çərçivəsində və qardaşlıq prizmasrnda baş tutmalıdır. Müzakirəçi tərəflər özlərini qarşı tərəfin fikrinə dözümlü yanaşan, şəxsi görüşə – ənənəvi və geniş yayılmış olsa da – kor təəssübkeşlik göstərməyən alimlər kimi aparmalıdırlar.

Yaxşı olardı ki, müzakirəçi tərəflər daha asanlıqla qəbul ediləcək və ixtilaf həssaslığı az olan məsələlərdən işə başlasınlar.

Yeri gəlmişkən, yaxrnlaşmanın və onun reallaşması üçün aparılan dialoq anlayışrnın nə olduğunu dəqiqləşdirmək olduqca mühümdür. Buna görə də biz məqsəd, məzmun və üslub baxımından sözügedən iki məfhumun – dialoq və yaxınlaşmanın prinsiplərinə əməl etməliyik.

[1] Hədisin tam mətni belədir: “Sizə əvvəlki millətlərin xəstəliyi sirayət etmişdir. Bu, paxıllıq və nifrətdir. Paxıllıq və nifrət isə "qırxıcı" alət kimidir: saçı deyil, dini “qırxar”. Həyatımın əlində Olana and olsun ki, [səmimiyyətlə] iman etmədikcə cənnətə girməz, bir-birinizi sevmədikcə də həqiqi iman etmiş olmazsrnz. Sizə elə bir şey deyimmi ki, ona əməl etdiyinizdə bir-birinizi sevmiş olasınız? Elə isə bir-birinizlə bolluca salamlaşın”. Hədis İmam Əhməd tərəfindən Həzrəti Zübeyrə istinadən “əl-Müsnəd” kitabrnda 1412 sıra nömrəsi ilə rəvayət edilib. Hədisin qeydiyyatçılarına görə, “"qırlma"” baş verdiyindən onun istinadı zəifdir. Tirmizi isə hədisi “mötəbər” [səhih] saymışdır. Habelə, hədis Təyalisinin “əl-Müsnəd”ində [27/1] və Beyhəqinin “əl-Kübra” kitabınn “əş-Şihadat” fəslində [232/10] rəvayət edilib. Heysəmi isə “əl-Məcmə” əsərində [64/8] yazır ki, Bəzzar tərəfindən rəvayət edilən bu hədisin istinadı yaxşıdır [“ceyyid”dir].


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Maraqlı melumatlar