beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın kişinin qabırğasından yaranıb?

İslam tarixi boyunca dinimizin əsas məsələləri barəsində bə’zən nadanlıq üzündən, bə’zən də qəsdən təhriflər yaradılmış, İslam həqiqətləri camaata dəyişdirilmiş şəkildə çatdırılmışdır. Belə təhriflərin böyük bir qismi qadın mövzusuna aiddir. Əksər hallarda yaranmış təhriflər qadınların cəmiyyətdəki rolunu azaltmaq, onun kişidən qat-qat aşağı səviyyədə duran yararsız bir varlıq olduğunu sübuta yetirmək məqsədi güdmüşdür. Belə məsələləri ortaya atan şəxslər Qur’an ayələrini və mə’sumların hədislərini öz xeyirlərinə şərh etmiş, məntiqə və sağlam düşüncəyə sığmayan "sübutlar" gətirməkdən belə çəkinməmişlər. Dini mənbələrdə rast gəlinən bə’zi zəif və qondarma hədislər də onların əlində istinad obyekti olmuş və əsas silah kimi istifadə olunmuşdur.


İddiaçıların dəlilləri


Qadın mövzusu ilə bağlı yaranmış belə təhriflərdən biri də bundan ibarətdir: Bə’zi kitablarda iddia olunur ki, guya Allah-Təala Həvvanı Adəmin qabırğasından yaratmışdır. Hətta məsələyə daha da "dəqiqlik" gətirərək, Həvvanın Adəmin sol qabırğasından yarandığını söyləmişlər. Bu fikri inkişaf etdirib ümumiləşdirərək, belə bir nəticəyə gəlmişlər ki, bütünlükdə qadın cinsi kişidən törəmişdir və buna görə də ondan aşağıdır. Görünür, bu fikrin tərəfdarlarının əlindəki ən "tutarlı" sənəd - Həzrəti Muhəmməd peyğəmbərlə (s.ə.s.) İmam Cə’fər Sadiqdən rəvayət olunmuş iki hədisdir. Bu hədislər "Furui-Kafi"nin "Nikah" kitabında, "Mudaratu'z-zəvcə" babındadır (5-ci cild, 513-cü səh).

Şeyx Kuleyni sənəd silsiləsi ilə İmam Sadiqdən (ə) rəvayət edir ki, Həzrəti Muhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Qadın əyri qabırğa kimidir; əgər toxunmasan, ondan faydalana bilərsən. Əgər əyib düzəltmək istəsən, sınar". O biri hədisdə isə İmam Sadiqin (ə) dilindən rəvayət olunub: "Həzrəti İbrahim (ə) Saranın xasiyyətinin pisliyindən Allaha şikayət etdi. Allah ona vəhy göndərdi ki, qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər. Buna görə onunla səbirlə rəftar et".

Həmçinin, bu fikrin tərəfdarları Əllamə Məclisinin İmam Sadiqdən (ə) rəvayət etdiyi daha bir hədisi də öz dediklərinə dəlil sayırlar: "Qadına (ərəb dilində) ona görə "mər’ə" deyilir ki, o, kişidən (ərəbcə "mər’") yaradılıb" (Əllamə Məclisi - "Həyatu'l-qulub", 1-ci cild, 24-cü səh).

Qəribədir ki, bə’ziləri bu iddianı şişirdərək gülünc səviyyəyə çatdırmışlar. Onlar iddia etmişlər ki, qadın kişinin qabırğasından yaradıldığı üçün, kişilərin sol qabırğalarının sayı sağdakılara nisbətən bir ədəd azdır.

Bu iddianın nə dərəcədə gülünc olduğu göz qabağındadır. Müasir elmi imkanlardan istifadə edərək, rentgen şüaları vasitəsilə asanlıqla sübuta yetirmək olar ki, kişilərlə qadınlar arasında qabırğaların sayı baxımından qətiyyən fərq yoxdur.


İddiaların cavabı


Bəs bu cür əsassız iddialardan çıxış yolu nədədir? Əgər Həvva Adəmin qabırğasından yaranmamışdırsa, yuxarıda göstərilmiş hədislər haradan əmələ gəlmişdir?

İlk öncə bunu qeyd etmək lazımdır ki, böyük İslam alimləri ilk iki hədisin sənəd baxımından e’tibarsız olduğunu bildirmişlər. Əsrimizin məşhur tədqiqatçı alimlərindən sayılan Ayətullah Cavad Amuli göstərilən mövzuya müstəqil məqalə həsr etmiş və həmin hədislərin zəif olduğunu göstərmişdir.

Mö’təbər hədislər qadının qabırğadan yaranması fikrinin qətiyyətlə rədd edir. Biz aşağıda bu məsələyə aydınlıq gətirən və həqiqəti aşkara çıxaran hədislərin bir neçəsini diqqətinizə çatdırırıq.

1. Əmr bin Əbi'l-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: "Allah Həvvanı nədən yaradıb?". İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: "Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?" Soruşdular: "Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?" İmam belə cavab verdi: "Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı".

Bu hədis aşağıdakı mö’təbər kitablarda qeyd olunmuşdur:

Əyyaşi Səmərqəndi - "Əyyaşi təfsiri", 1-ci cild, 216-cı səh.;
Seyyid Haşim Bəhrani - "Təfsiri-burhan", 1-ci cild, 3360cı səh.;
Əllamə Məclisi - "Biharu'l-ənvar", 5-ci cild, 31-ci səh.;
Əllamə Məclisi - "Həyatu'l-qulub", 1-ci cild, 27-28-ci səh.;
Ayətullah Reyşəhri - "Mizanu'l-hikmə", 19565-ci hədis.


2. Məşhur səhabə Zürarə ibn Ə’yun İmam Cə’fər Sadiqlə (ə) Həvvanın yaradılışı barəsində danışır və deyir ki, camaatın danışdığına görə, guya Allah Həvvanı Adəmin sol tərəfindəki qısa qabırğasından yaradıb. İmam buyurdu: "Sübhanəllah! Allah belə işdən uzaqdır! Onların sözlərindən belə çıxır ki, Allah Adəmdən ötrü onun qabırğasından savayı bir şeydən zövcə yaratmağa acizdir? Bu sözləri deyən adam şərait yaradır ki, Adəmin bə’zi bədən üzvlərinin qalan üzvlərlə evləndiyini (yə’ni Adəmin sanki öz-özü ilə evləndiyini) söyləsinlər


Tarix: 03.01.2013 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 699 Bölmə: Maraqlı melumatlar