beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Savabların 70 qat olduğu ay – Şəban. Şəban ayının əməlləri

21 iyun tarixindən Hicri-qəməri təqvimlə Müqəddəs Şəban ayı daxil olmuşdur. Şəban ayı İslam təqvimində Rəcəb və Ramazan ayları ilə yanaşı 3 müqəddəs aydan biri, Ramazana hazırlıq ayı sayılır və “Peyğəmbərin ayı” adlanır.

Bu ay da Allahın rəhmət aylarından biridir və bu ayda edilən savab əməllər, tutulan oruclar, qılınan namazlar 70 qat artıq savaba malikdir və heç bir maneəsiz Allah dərgahına qalxarlar.

Bununla belə Şəban ayının özünə məxsus bəzi müstəhəbb ibadətləri də vardır ki, imkanı olanların onu icra etməsi, bu aydan daha artıq faydalanmağa səbəb olar.

1. Oruc tutmaq. Bu ayın istənilən günündə oruc tutmaq bir gün orucundan 70 artıq savaba malikdir. Peyğəmbər bu ayı demək olar tamamilə oruc tutarmış. Qəzası olanlar bu ayda qəza orucu tutmaqla, həm də əlavə savab qazana bilərlər.

2. Hər gün 70 dəfə bu zikri demək:

Əstəğfirullahə və əsəluhut təubəh

3. Hər gün 70 dəfə aşağıdakı zikri demək:

ƏstəğfirullAhilləzİ La ilahə illə huvər-rahmanir-rahimul-həyyul-qayyum və ətubu iləyh

4. Fəqir və ehtiyaclı olanlara sədəqə vermək. Hz. Əlidən (ə) bu ayın ən yaxşı əməlini soruşdular, İmam (ə) buyurdu: "Sədəqə və bağışlanma diləmə".

5. Bütün ay boyu aşağıdakı zikri 1000 dəfə oxumaq:

Lə iləhə illəllah, və lə nəbudu illə iyyah, muxlisİnə ləhud-dİn, və ləu kərihəl-muşrikun

Bu zikr ay boyu onu oxuyana min ilin ibadəti kimi yazılar. Peyğəmbər (s) buyurub ki, bu zikri deyən Qiyamət günü öz qəbrindən üzü bədrlənmiş ay kimi bərq vuran halda qalxacaq.

6. Bu ayın hər 4-cü günü (cümə axşamı) iki rəkət namaz qılmaq. Namazın hər rəkətində "Həmd" surəsindən sonra 100 dəfə "İxlas" surəsini oxumaq lazımdır. Namazın salamlarından sonra isə 100 dəfə salavat göndərmək. Hz. Əli (ə) Peyğəmbərdən (s) belə nəql edir: "Bu namazı qılan hər kəsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər və bu günü oruc tutan şəxsin bədəninə cəhənnəm odu haram olar".

(100 dəfə İxlası oxuya bilməyən az da oxuya bilər. Nə qədər oxunsa, o qədər savabı var)

7. Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) çoxlu salavat göndərmək.

Bəraət gecəsi

Bunlardan əlavə Şəban ayının 15-i bu ayın ən şərafətli günlərindəndir. Həmin günə keçən gecə “Bəraət gecə”si adlanır. Bəraət – tam ayrılma deməkdir. Həmin günü günahkarlar Cənnətdən, ibadət edən və tövbə edənlər Cəhənnəmdən ayrılarlar.

Hədislərdə gəlib ki, həmin gecə dindən çıxmışlardan, paxıllardan, böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Ona görə də həmin gecəni ibadətlə keçirmək savabdır.

Bundan əlavə Şəban ayının 15-i İmam Zamanın doğum günüdür. Həmin günə keçən gecəni ibadətlə keçirmək, həmin gecəni və 15-i günü qüsl almaq (günahları azaldar), çoxlu salavat demək, zikrlər etmək böyük savaba malikdir.


Tarix: 03.01.2013 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 578 Bölmə: Maraqlı melumatlar