beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İ love...ALLAH

İmam Sadiq(ə): "Qəlb Allahın hərəmidir.Allahın hərəmində Allahdan qeyrisinə yer vermə."

Allahın Peyğəmbəri (s): "Dünya məhəbbəti ilə Allah məhəbbəti heç vaxt bir qəlbdə cəm ola bilməz"

İmam Sadiq(ə): "(Allaha) Məhəbbət (Allahdan olan) qorxudan üstündür."

İmam Sadiq(ə): "Allah Təala Musa Peyğəmbərə buyurmuşdur:"Gecə düşdükdə gecə ibadətimdən qafil olub yuxuya geden kəs,əgər Məni sevdiyini güman edərsə,yalan söyləmişdir.Məgər aşiq öz sevgilisi ilə bir xəlvətə cəkilmək istəməzmi?!"

Allahın Peyğəmbəri (s): "İnsanda Allah Məhəbbətinin nişanəsi daim Allahı zikr etmək istəyi və Allaha məhəbbətin olmamasının əlaməti Allahı zikr etməkdən xoşu gəlməməsidir."

İmam Sadiq(ə):Allah Təala buyurmuşdur: "Bəndəm Mənim Məhəbbətimi onun üçün vacib etdiyim əməllər qədər heç bir digər sevimli vasitə ilə qazana bilməz."

Merac hədisində nəql olunur ki, Allah Təala Buyurur: "Ey Məhəmməd! Mənə görə bir birilərinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqqları var. Mənə görə öz aralarında mehriban olanların Mənim məhəbbətimə haqqları var.Mənə görə biri-biri ilə elaqə yaradanların Mənim məhəbbətimə haqqları var.Mənə təvəkkül edənlərin Mənim məhəbbətimə haqqları var.Mənim məhəbbətimin nə bir nişanəsi,nə sonu, nə həddi var.Onlar üçün bir nişanə ucaltsam,bir nişanədə endirərəm."

Allah Hər Bir Kəsə Onun Məhəbbətinə Layiq Olmağı Nəsib etsin!

AMİN!


Tarix: 07.06.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar