beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nələrə səcdə etmək olar?

Yerə və yerdən cücərən yeyilməyən və geyilməyən şeylərə məsələn: ağac və ağac yarpağına səcdə etmək lazımdır. Arpa və buğda kimi yeyilən, pambıq kimi geyilən habelə yeyilməyən və geyilməyən, amma yerdən çıxan qızıl gümüş və bu kimi metallara səcdə etmək düzgün deyildir. Amma çarəsiz qaldıqda qır və "zəft" (qırın çirkli növü) kimi şeylərə səcdə etmək üzərində səcdə düzgün olmayan şeylərdən öndədir.
Üzüm yarpağına və yeyilməsi adi olan vaxtda səcdə etmək olmaz. Bu haldan başqa ona səcdə etməyin ona eybi yoxdur.
Yerdən cücərən və heyvan yemi olan ot və samana səcdə etmək düzgündür.
Yeyilməyən güllərə səcdə etmək düzgündür. Hətta yerdən cücərib qaynadılaraq, suyu içilən və dərman kimi istifadə olunan bənövşə və maldili gülünə də səcdə etmək düzgündür.
Bəzi məntəqələrdə yeyilməsi adət olan, bəzi şəhərlərdə yeyilən bitki sayılsa da, yeyilməsi adət olmayan bitkilərə və həmçinin ehtiyata əsasən, yetişməmiş meyvəyə səcdə etmək caizdir.
Əhəng və gəc daşına səcdə etmək düzgündür. Bişmiş gəc və əhəngə, kərpicə və palşıqdan düzlədilmiş kuzəyə səcdə etməyin eybi yoxdur.
Səcdəsı düzgün olan şeylərdən, məsələn: ağac və samandan düzəlmiş kağıza səcdə etmək olar. kağız pambıq və kətandan düzəldilsə də, hökm belədir. Amma ipəkdən və bu kimi şeylərdən düzzəldilsə, ona səcdə etmək olmaz. Amma kağız dəsmala üzərinə səcdə etməyin düzgün olduğu şeylərdən düzəldildiyi məlum olduğu təqdirdə, səcdə etmək olar.
Səcdə üçün hər şeydən yaxşı şəhidlər sərvəri İmam Hüseynin (ə) türbətidir. Ondan sonra adi torpaq, sonra daş, sonra isə bitkidir.
Üstündə alının hərəkətsiz dayanmadığı palçığa və boş və bərkiməmiş torpağa səcdə etmək batildir.
Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə üçün möhürü alından götürmək lazımdır.
Əgər səcdə halında ikən alnını səcdənin batil olduğu bir şeyə qoysa və vacib zikri söylədikdən sonra agah olmuşsa, səcdədən qalxıb namazına davam edə bilər. Amma əgər vacib zikri söyləməmişdən qabaq agah olmuşsa, alnını üzərinə səcdənin düzgün olduğu bir şeyə çəkərək vacib zikri deməlidir. Əgər alnını çəkməsi mümkün deyilsə, elə həmin halda vacib zikri söyləyə bilər və hər iki halda namazı düzgündür.
Əgər səcdədən sonra alnını səcdəsi batil olan şeyə qoyduğunu başa düşsə, eybi yoxdur.
Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bəzi avam camaat İmamların (ə) məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş mütəal Allaha şükür etmək məqsədi daşıyırsa, eybi yoxdur. Əks halda haramdır.


Tarix: 06.06.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar