beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Söhbət yaradandan gedirsə, sözlərinizə diqqət edin!

İnsanlar əsəbləşərkən, kiminsə xətrinə dəyir, bəziləri susur və s. Bəzən dilimizə düşən və vərdiş etdiyimiz sözləri mənasını bilmədən deyərik. Mənasını bilmədən bir sözü demək ağılsızlıq deyilmi? Ağıl bizə nə üçün verilib? İnsanlara doğru olmayan sözlər deyilir, bu düzgün olmasa da, düzgün olmayan insanlar da az deyil. Amma Allaha gələndə insan özünə diqqət etməlidir. Ona şükr etməyən insan onsuz da bədbəxtdir, çünki hər şeydən narazıdır. Bunu da dilinə gətirir və görün hansı cümlələr meydana gəlir. Düşünən beyni olanlar başa düşəcəklər, bir də əgər Allah ağıl veribsə.

''Allah gəlsə, səni əlimdən ala bilməz!''
''Bura Allahın unutduğu yerlərdir!''
''Allah desəydi etməzdim!''
''Allah baba!''
''Yuxarıda Allah var!''
''Allaha lazım imiş ki, öldü!''
''Fala inanma, falsız da qalma''
''Əzrail sifətli adam!''
''Nə günah işlədim ki, tövbə edim?''
''Səninlə cənnətə belə getmərəm!''
''Yalansız işmi var?''
''Faiz yeməyənmi var?''
''Sən namazı boş ver, mənim ürəyimə bax!''
''Qiyamət hacılarla, müəllimlərin üzündən qopacaq!''
''Təbiət yaratdı!''
''Təbiətin möcüzəsi!''
''Axirətə gedib gələnmi var?''
''Allah lənət eləsin!''
''Lənət olsun!''
''Səni Allahdan çox sevirəm''
''Allah bizə zülm edir''
''Səni Allah vurub!''
''Mənə Allah və Quran yetər, peyğəmbərə nə ehtiyac var?''
''Haram yemək nə şirin şeymiş''
''Filan kimsə mənə nə əmr etsə edərəm, kafir ol desə belə olaram''
''Allah filan quluna bu qədər zənginlik verir; mənə isə az verir. Belə ədalət olarmı?''
''Namaz insana nə qazandırar?''
''Namaz və halal olan şeylər, mənə yaxşılıq gətirmir''
''Nə üçün Namaz qılacağam; malı yox, mülküm yox. Uşağım yox''

Ağılla düşünərək söz deyin, Ən mehriban və Ən Gözəl olan Allahı tanımağa və öyrənməyə çalışın. İnsan nə edirsə, özünə edir. Allahın sevgisini hiss edən insan heç vaxt üzülməz. O hər şeyi yaradan və hər şeyi biləndir. Bu cümləni anlamaq üçün kitablar sizə kömək edə bilər, amma ağıl daha üstündür. Bir də sizə deməyə imkanım varsa, deyim, dilimizdən çıxan hər sözü mələklər yazır, niyə pis sözlər yazsın? Sizin diliniz ancaq gözəl sözlər deməyə layiq deyilmi? Sevmədiyiniz insanlara pis söz belə demək sizə yaraşmaz. Pis sözü deməyin, susun, susa bilmirsizsə, uzaqlaşın, öyrənməyə çalışın, siqaret kimi ziyanlı bir şey də vərdişdir, siz gözəl vərdişlər niyə qazanmayasız? Özünüzü Allahın razılığını əldə etməyə öyrəşdirin, onda hörmətiniz də, dəyəriniz də çox olar.


Tarix: 04.06.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqlı melumatlar