beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək səcdə edərmi?

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Bir həqiqət talibi, yuxusunda "ürəyini səcdə edərkən" görür. Çaşır təbii ki. Heyrətlər içində ürəyinin səcdədən qalxmasını gözləyir, gözləyir, gözləyir. Lakin ürəyi heç cür səcdədən qalxmayır. Nə edəcəyini bilmir, qan tər içərisində yuxusundan oyanır.
Ətrafında nə qədər tanışı bildiyi, güvəndiyi şəxs varsa, onlardan bu yuxunu təbir etmələrini istəyir. Lakin kimsə yuxusunu təbir etməyir. Çünki bu şəxslər, şəxsən təcrübə etmədikləri bir hadisəni (özlərinin görməkdən məhrum olduqları bir yuxunu) şərh etməyi heç də ədəblə mütənasib bilmirlər.
İçlərindən biri, "Filan şəhərdə bir şəxs var, onun yanına get, bəlkə o sənə köməkçi olar" deyir. O da həmin şəhərə gedir. Salam verib zehnini məşğul edən məlum sualı soruşur:
-"Ürək səcdə edərmi?"
Şeyx təbəssüm edib bu cavabı verir:
- "Əlbəttə edər, həm də əbədiyyətə qədər!"
Şeyx:
- Etmək üçün əvvəl istəmək lazımdır, edə bilmək üçün əvvəl istəməlisiniz.
İstədiyinizi edə bilmək üçün, istəmək çatmaz, edə biləcək gücə də sahib olmalısınız..
İradə və qüdrət! Bunda şübhə yox! İstəyiniz və gücünüz yoxdursa, edə bilməzsiniz çünki.
İstək gücü, güc isə hərəkəti meydana gətirər.
"İbadət" də eynilə "adət" kimi bir cür təkrardır. Bu iki təkrarlama əməliyyatını bir-birindən necə ayıracağıq? Sözgəlişi yeməklərdən əvvəl "əl yumaq" ilə namazlardan əvvəl "dəstəmaz almaq" arasındakı ayrı-seçkiliyi mümkün edən ölçü nədir?
Köhnələr, "ibadət" ilə "adət"i bir-birindən ayırmaq üçün zəruri bir şərtin varlığına işarə etmişlər: "niyyət".
Yəni hərəkətə şüurun yoldaşlıq etməsi.
İbadəti adətdən ayıran bu istiqamətidir; şüurlu edilirsə, hərəkətə bir şüur yoldaşlıq edirsə ancaq, təkrarlanan o hərəkət "ibadət" xüsusiyyətini qazanar.
Niyyətə hərəkət, hərəkət deyil; meyldir yalnız, təmayüldür. Hərəkətin mənası, hərəkətin özündə deyil, hərəkətə keçirən səbəbdə, yəni məqsəddədir. Məqsədini bilmədiyiniz bir hərəkətə məna verə bilməzsiniz.


Tarix: 04.06.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar