beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (Sehrin qadağan edilməsində olan gözəllilklər)

İslam təmiz nemətləri, onların gözəlliyinə görə halal etmişdir. Murdar (napak) şeyləri də pisliklərinə, fəsadına və şərinə görə haram etmişdir.
Allah taala buyurur:
"O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər,..." (əl-Əraf: 157).

İslamda haram olan şeylər bəllidir. Bu məqamda biz yalnız onların bəzilərini qeyd edəcəyik. Onları etməyin cəzasını, törətdikləri fəsadları xatırladacağıq. İslam şəriətinin bu kimi şeyləri haram etməsi, haram əməl edənləri qorxudaraq şiddətli cəzalar vəd etməsi, onun gözəlliyini bir daha sübuta yetirir. Belə haramlardan:

Birinci: sehr;
Sehr, sehrləndirilən adama, onun qəlbinə və yaxud ağlına dolayı yolla təsir etmək üçün sehrbazın dediyi və ya yazdığı söz və yaxud da etdiyi şeydir.


Sehrin zərəri və onun haram edilməsinin gözəllikləri:
Sehr, şeytan ilə sehrbaz arasında olan bağlılığın nəticəsidir. Bunların hər ikisi pis nəfslərdir və onlar öz məqsədlərinə nail olmaq üçün əlbir olublar. Tamahının həddi olmayan pis nəfsdən cəmiyyət üçün nə fayda olar? Ona görə də sehr, cəmiyyət üçün böyük təhlükədir və dağıdıcılıqdır. Indi isə bu təhlükələrin bəzilərinə nəzər salaq:
1. Sehr insanın bədəninə və ağlına təsir edir. Sehr olunmuş adama qarşı düşmənçilik edilmişdir. Bu sehr onu öldürə, yaxud ağlına və ya bədəninə xələl gətirə bilər. Nəticədə insan və onun yaşadığı cəmiyyət zərər çəkər.
2. Sehrbaz əməlini uzaqdan etdiyinə görə, dünyada öz cəzasını çəkmir. O bu əməli ilə, cinayət törədib sonra tapılmayacağından əmin olub gizlənən cinayətkara bənzəyir. Belə cinayətkar cəzalanmayacağına arxayın olaraq çoxlu fəsad törədər. Sehrbaz da bu dünyada cəzalanmayacağına arxayındır. Ona görə də onun şəri və fəsadı yer üzündə çoxalır və insanlar şərin haradan gəldiyinin fərqində olmurlar.
3.Allah taala buyurur:
"Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər..." (əl-Bəqərə: 102).
Sehr hərtərəfli ziyandır. Onun heç bir xeyir tərəfi yoxdur. Ilk zərər çəkən sehrbazın özüdür. Çünki o, özünü düşməni olan iblisə tabe etmişdir. Iblis onun üçün yalnız şər istər. Insan bu gözəgörünməz düşməni görməkdə acizdir. Sehrbazın başqalarına verdiyi zərər isə açıq-aşkardır.
4.Sehr, tikilmiş evlərin yıxılmasına səbəbdir. O, mehriban insanları və ailələri parçalamağa səbəbdir. Bu yalnız sehr əməli ilə mümkündür. Onun nəticəsində kişi öz arvadına, yaxud arvad öz kişisinə nifrət edir və onların ayrılmasına gətirib çıxarır. Bu haqda Allah taala buyurur
"(Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər..." (əl-Bəqərə: 102).
Ailələrin dağılması cəmiyyətdə fitnə-fəsadın çoxalması deməkdir.
5. Sehr, insanların dərrakəsini xurafat və mövhumatçılığa qaytarır. Çünki sehr elm üzərində qurulmamış və bəlli yollarla təcrübədən keçmiş üsullardan ibarət deyildir. Əslində sehr sehrbazın gizli yollarla, şeytan vasitəsi ilə əldə etdiyi məlumatlardır. Bu fəslə insanların cahilliyindən istifadə etmək istəyən hər yalançı daxildir. Insanlar problemlərini həll etmək üçün doğru yollardan və maddi səbəblərdən istifadə etmək əvəzinə, qəlblərini sehrbazlara, baxıcılara və falçılara bağlayırlar. Bu fırıldaqçıların işləri yalnız insanların dərdlərinin üstünə dərd qoymaq və onların mallarını mənimsəməkdir. Eyni zamanda insanlara yanlış fikirlər aşılamaqla onları dinlərindən uzaqlaşdırır və mallarına sahib çıxırlar.
6. Əslində sehrbaz muzdlu qatildir. O, pulun əvəzində hansısa evi dağıtmağa, ər-arvadı ayırmağa, ailə üzvlərində müvəqqəti xəstəliklər göstərməyə razılıq verir. Ailə bu problemləri həll etmək üçün müəyyən çətinliklər, tibbi müalicə və müayinələr ilə qarşılaşırlar. Bütün bunlar sehr olunmuş adamın nəfsinə pis təsir göstərir və eyni zamanda onun malı və bədəni tələf olur. Hətta bəzi hallarda sehr ölümlə nəticələnir. Yaxud sehr, sehrlənmiş adamı həddindən artıq üzür və nəticədə onun ölümünə və ailə üzvlərinin əzab-əziyyətinə səbəb olur. Dünya malına görə edilən bu əməl əsl cinayətdir.
Bu təhlükəli zərərlərə və müxtəlif şər əməllərə görə İslam dini sehrin haramlığını bildirmiş, sehrbazın isə kafir olduğunu və onun cəzasını ölüm hökmü etmişdir.


Tarix: 08.05.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar