beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (Ailə qanunları - Miras)

O, vəsiyyətçinin özündən sonra qoyduğu mirasda, onu paylamadan öncə lazımlı xərcləri ödədikdən sonra, varisə düşən paydır.
Allah taala buyurur:
"Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir" (ən-Nisa, 7).

"Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. ..." (4: 11).
İbn Abbas (r)Peyğəmbərin (sav) belə buyurduğunu rəvayət edir:

"Malı varislər arasında Allah taalanın kitabına uyğun olaraq bölün. Varislərin payı özlərinə yetişdikdən sonra artıq qalan mal (vəsiyyətçiyə daha yaxın olan) birinci kişiyə düşür"(Buxari: 11\ 12\ ? 6732. Müslim: 3\ 1234\ ? 1615.)
Ona görə də miras Peyğəmbərin zamanından bu günə qədər müsəlmanlar arasında davam edir. Mirasın şəriət qanunu edilməsində günorta vaxtı görünən günəş kimi açıq-aşkar gözəllikləri vardır və bunlar aşağıdakılardan ibarətdir:
1. Hər bir insan, varlı və ya kasıb olmasından asılı olmayaraq, öləcək və özündən sonra mütləq mal-dövlət qoyacaq və bu mülk ondan başqasına keçəcəkdir. Hikmətli şəriət sahibi varisləri və onların paylarını müəyyən etməklə vəsiyyətçinin işini rahatlaşdırmışdır. Çünki vəsiyyətçi bu məsələyə xüsusi diqqət yetirir. O, özündən sonra malının kimə qalacağını və kimin götürəcəyini düşünür. Ümumiyyətlə hər insan malını lazımınca xərcləyə bilmir. Bəzən xərcləmək istəyənlər istəklərinə nail olmurlar. Ola bilsin ki, öz malını bölüşdürmək haqda düşünən zaman ölüm onu qabaqlasın və malını bölmədən həyatdan köçsün. Bir sözlə İslam şəriəti miras qanununu tətbiq etməklə mal sahibinə, fikirdən, kədərdən, pis nəticədən və malı düzgün bölməməkdən xilas edərək ona rahatlıq vermişdir. Bu şəriət, mirasın kəsərli və aydın qanunlarını açıqla¬mışdır.
2. İslam şəriəti mirasın bölünməsini vəsiyyətçiyə, varislərə və ya hər hansı adama həvalə etməmişdir. Mirasın bölünməsini, bu dini nazil edən, hikmətli şəriət sahibi olan Allah taala Özü, ölənin yaxınlarından hər kəsin payını təyin etmişdir. Çünki insanın varisləri təyin etməsi və onların arasında bu malı istədiyi kimi bölməsi etibarlı olmazdı. Onun hisləri və mülayimliyi ona qalib gələrək kiməsə çox, kiməsə az pay verə bilərdi. Halbuki o, kimin daha haqlı olduğunu, bu malın kimin üçün daha xeyirli olmasını bilmir. Dünya və axirətdə kimə nə fayda verəcəyini dərk etmir. Mirasın təyin edilməsi insanlara həvalə edilsəydi kifayət qədər zərər və xəsarət gözə dəyərdi.
Bu haqda Allah taala buyurur:
"Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (4: 11).
3.İslam hər kəsin mirasda olan payını tam, layiqli şəkildə ödəmişdir.
Peyğəmbər (sav)buyurub:
"Allah taala hər kəsin haqqını layiqincə vermişdir. Vəsiyyətçi (əlavə olaraq öz malından) varisə nə isə vəsiyyət edə bilməz"(Bu hədis Əbu Ümamənin hədisindən bir hissədir. Əbu Davud: 3\ 290-291\ ? 2870. Tirmizi: 4\ 376-377\ ? 2120. İbn Macə: 2\ 905\ ? 2713. Tirmizi hədisin həsənun səhih olduğunu bildirmişdir.)
Hər kəs, kiçik və ya böyük, kişi və ya qadın, güclü və ya zəif, yaxın və ya uzaqlığından asılı olmayaraq, heç bir maneə olmadan varis olmaq səbəbinə malikdirsə, o, öz payına yetişəcəkdir.
Bununla İslam yunanların, yəhudilərin, cahillik dövründə yaşamış ərəblərin və romalıların qadınlara qarşı etdikləri haqsızlıqlardan onları xilas etmişdir. Həmçinin ərəblərin Cahillik dövründə azyaşlı oğlan uşaqla¬rına etdikləri zülmdən də onları azad etmişdir. Çünki Cahillik ərəbləri azyaşlı uşaqları, silah daşıya bilməyənləri mirasdan məhrum edərdilər. Lakin İslam şəriəti hər kəsin mirasda olan haqqını tam bölüşdürür. Bu qanunda heç bir zülm və ya mənimsəmə yoxdur. Bu qanun adillik, hikmət, bərabərlik, rəhmət, ehtiyaclı uşaqları, kişiləri və qadınları nəzərə almaq prinsipləri üzərində dayanmışdır.
4.İslam vəsiyyət edənə miras malını istədiyi kimi paylamasına icazə vermir. Həmçinin vəsiyyət edəni tərk edəcəyi miras malından tam məhrum etməmişdir. Ona öz mirasının üçdə bir hissəsini istədiyi yerə xərcləməyə icazə vermişdir.
Səəd İbn Əbu Vaqqas  deyir: Mən Məkkə şəhərində olarkən xəstələnmişdim. Bu xəstəliyimdən öləcəyimi düşünürdüm. Bir gün Peyğəmbər  mənə baş çəkmək üçün gəldi. Mən ona dedim: Ey Allahın Elçisi, mənim çoxlu var-dövlətim var. Mənə varis olacaq yalnız bircə qızımdır. Mən öz malımın üçdən iki hissəsini sədəqə verə bilərəmmi? Peyğəmbər  buyurdu: Xeyr! Dedim ki, bəs yarısını? Yenə də “xeyr” deyərək cavab verdi. Mən dedim: Bəs üçdə birini necə? Peyğəmbər  buyurdu ki, üçdə bir də çoxdur. Övladını varlı qoyub getməyin, onları kasıb, dilənçi kimi qoyub getməndən daha xeyirlidir. Sən xərclədiyin hər malın savabını qazanırsan. Hətta həyat yoldaşına yedizdirdiyin bir tikənin də savabını qazanırsan..." .(Buxari: 12\ 14\ ? 6733. Müslim: 3\ 1250\ ? 1628.)
İslam varisləri kasıblıq və möhtac olmaqdan qorumaq məqsədilə mirasın üçdə ikisini onlar üçün qoruyub saxlamışdır. Vəsiyyətçi cavanlığında xeyirxah işlər görmədiyinin peşmançılığını çəkdikdə, tərk edəcəyi mirasın yalnız üçdən birini istədiyi yerlərə, xeyirxah işlərə xərcləyə bilər. Mirasın qalan hissəsi isə varislərin payına düşməlidir.
5. İslamda vərəsəlik intizamı varisləri ehtiyaclarının miqdarına görə bölmüşdür. O, mirasın böyük hissəsini ehtiyacı çox olana verir. Ona görə də övladlar atalara nisbətdə daha çox miras götürürlər. Çünki övladların həyatı hələ qabaqdadır və onların, dünya həyatının əsaslarından sayılan, mal-dövlətə ehtiyacları olacaqdır. Atalar isə artıq öz ömürlərini keçmiş və həyatlarının sonuna yetişmişlər. Onların yalnız qocalıq vaxtlarını yaşamaları üçün xərcliyə ehtiyacları qalmışdır. Onlar aldıqları bu az miqdarla bərabər əvvəlki mallarını toplayıb öz həyatlarını davam etdirə bilərlər.
Elə bu baxımdan da çox vaxt kişilərin miras payları qadınların miras payından bir dəfə çox olur. Oğul öz atasının mirasından bacısına düşən payın iki qatını pay götürür. Çünki oğul bundan sonra ailə qurmalı, kəbində mehr ödəməli, özünün, yoldaşının və uşaqlarının maddi ehtiyaclarını ödəməlidir. Əgər bacıları onun himayəsindədirsə oğul onların himayəsinə və maddı xərclərinə məsuliyyət daşıyır.
Qızın payı oğulun payının yarısına bərabər olmasına baxmayaraq o, heç bir maddi xərc etmir. Həyatı boyu bütün maddi xərclərdən azaddır. Qızdan evlənmək üçün xərc tələb olunmur, evinin, uşaqlarının, ailəsinin hətta özünün maddi xərclərini ödəməsi belə ondan tələb edilmir. Bunlarla bərabər o ərə gedəcək və kəbin zamanı ona mehr də veriləcəkdir. Digər xərclər isə ərinin üzərinə düşəcəkdir.
İslamın qadın üçün təyin etdiyi miras payı doğru və insaflı bölgüdür. İslam, qadını miras hüququndan məhrum edənlərlə, mirası qadın və kişi arasında bərabər bölənlərə münasibətdə, orta mövqedədir.
6. İslamda varislik nizamı, ailə üzvləri arasında mehribançılıq əlaqələrini gücləndirir, onları qarşılıqlı həsəddən, nifrətdən və dava-dalaşdan tam mühafizə edir. Çünki hər kəs bilir ki, qoyulmuş miras onların çevrəsindən kənara çıxan deyildir. Hər kəsin haqqı özünə yetişəcək, heç kəs başqasının haqqından bir zərrə qədər də artıq götürməyəcəkdir. Beləliklə, onlar həsəddən, paxıllıqdan, və nifrətdən uzaq olub mehriban ailə olaraq həyatlarını davam etdirəcəklər.
7.Həqiqətən də İslam, ölənin tərk etdiyi mal-dövləti, onun təəssüfünü çəkən, əziz və yaxın adamlarına verməyi qərara almışdır.
Bu haqda Allah taala buyurur:
"Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir." (4: 7).
İslam, mirası ölənin ailəsinə, uşaqlarına və qohumlarına aid etmişdir. Bunun öz böyük hikmətləri vardır:
a. Bu adam, sağlığında öz malından mənfəət əldə edir, həmin maldan ailəsi və qohumları üçün xərcləyirdi. Onlar da həmin adamın malından faydalanır, ehtiyaclarını ödəyirdilər. Həmin adam öləndən sonra onun qohumlarını bu mənfəətdən məhrum edərək, malı ölən adamla əlaqəsi olmayan başqa birisinə vermək ədalətli olmaqdan uzaqdır. Əksinə bu mal ölənin varislərinə verilməlidir.
Hədislərin birində Peyğəmbər (sav) belə buyurmuşdur:
"Kim özündən sonra mal qoyub gedərsə, həmin mal onun varislərinindir"(Hədis Əbu Hureyrənin rəvayət etdiyi uzun hədisdən bir hissədir. Müslim: 3\ 1237\ ? 1619.)
b. İnsan, fitrətinə görə öz uşaqlarını və qohumlarını sevir. Həyatı boyu onların səadəti üçün çalışır. Ölmədən öncə ehtiyaclarını ödəmələri üçün onlara mal-dövlət qoyub getməyi arzu edir. Insan ölüm ayağında onun tərk etdiyi mal-dövlətin sevdiyi adamlara yetişəcəyini bildikdə bu dünyadan çox rahat və arxayın gedir. Qohumlarının xoş və firavan yaşayacaqlarını bildikdə onun qəlbi xoş olur.
c. Bir kimsə topladığı mal-dövləti özü xərcləyəcəyini və öldükdən sonra həmin malın sevdiyi adamlara qalacağını bildikdə, öz malını artırmağa və onu qoruyub saxlamağa həris olur. Əks halda, topladığı bu mal-dövlətin o öldükdən sonra dövlətə qalacağını, qohum əqrabasının onun topladığı maldan faydalanmayacağını bildikdə həmin malı qoruyub saxlamaq və artırmaq onun üçün bir maraq doğurmaz. Nəticədə ümumi iqtisadiyyat, dövlət zəifləyir və kasıbçılıq hökm sürər.
Beləliklə aydın olur ki, İslamda qanuniləşdirilmiş vərəsəlik hökmü hər kəsin haqqını özünə çatdırmaq məqsədi güdür. İslam şəriəti, mal sahibi onu lazımsız yerə xərcləməsin deyə, malı tam mənada sahibinin ixtiyarına verməmişdir. Eləcə də onun bu malda olan hüququnu da tam olaraq onun əlindən almamışdır. İnsanların ixtira etdikləri qanunların bəzilərinə əsasən mal tam olaraq dövlətin hesabına keçir, dövlət də həmin malı qohum və ya digərlərini bərabər tutaraq onu istədiyinə verir. Digər qanunlara əsasən malın sahibinə tam xərcləmək hüququ verilir. İstəsə qohumlarına yardım edər və ya onları bu köməkdən məhrum edər. Hətta bu qanunlara əsasən o, öz malını it-pişiyə verər və qohumlarına verməz. İslam dini orta mövqeli din və doğru şəriətdir. Bu şəriət bütün insanların tələbatlarını ödəyir, hər kəsin haqqını özünə çatdırır. Həqiqətən, hikmətli və alim Allah bütün naqis və eyibli sifətlərdən pakdır.


Tarix: 08.05.2013 / 19:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Maraqlı melumatlar