beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Qadınlara Tövsiyə )ƏN GÖZƏL AZUQƏ TƏQVA, HƏR İŞİN GÖZƏLLİYİ MÜLAYİMLİKDİR

Aişə Anamaız (Allah ondan razıolsun) deyir ki, Peyğəmbər (s.a.v) mənə dedi:
"Ey Aişə, Allahın təqvasını əldə etməyə və mülayim olmağa çalış. Hansı işdə mülayimlik olarsa onu gözəlləşdirər, hansı işdə mülayimlik olmazsa onu korlayar."
(Səhihdir. Əhməd: 6/ 58.)

Müsəlman bacım!
Bu tövsiyə, dünyada möminə həyat verən ən əsas qaydadır. Təqva, özünü qorumaq üçün özün ilə qorxacağın şey arasında maneə tutmaqdır. Müsəlman qadının Allahdan təqvası, Allahın xoşu gəlməyən və qəzəbinə səbəb olan əməllərdən maneə ilə qorunmasıdır. Bu maneə Rəbbinə itaət etmək və günahlardan çəkinməkdir.
Təqva hər bir müsəlman kişi və qadının həyatında böyük yer tutur. Uca Rəbbimiz bizdən öncəkilərə və bizə təqvalı olmağı tövsiyə etmişdir.
Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik...(Nisa: 131).
Demək "Allah təqvası" uca Allahın hər ümmətə etdiyi tövsiyəsidir.

Uca Rəbbimiz müsəlman kişi və qadının bu dünyada əldə edəcəyi ən gözəl azuqənin təqva olduğunu bildirmişdir. Uca Allah buyurur:
Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun! (əl-Bəqərə: 197).
İmam Şafii deyir:
"Xoşbəxtlik dünya malında deyil, təqva sahibi olmaqdadır. Ən gözəl azuqə də Allah qorxusudur."
Ona görə Peyğəmbər (s.a.v) əshabələrinə təqvalı olmağı tövsiyə edirdi. Elə o zamandan bəri sələflər təqvalı olmağı bir-birinə tövsiyə edirlər.
Əbu Zər (r.a) və Əbu Əbdürrəhman Muaz ibn Cəbəl (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edirlər:
"Harada olursan ol, Allahdan qorx. Pis işdən sonra yaxşı iş gör ki, pis işin silinsin. İnsanlarla gözəl əxlaqlı davran."
(Tirmizi: ? 2053. Səhihdir.)

Əbu Bəkr əs-Siddiq (r.a) xütbə zamanı belə deyərdi:
"... Sizə təqvalı olmağı tövsiyə edirəm. Allaha layiq olduğu tərzdə tərif deyin, əməllərinizdə həm rəğbət, həm də qorxu hissi olsun."

Əbu Bəkr (r.a) ölüm ayağında olarkən Öməri (r.a) çağırdı və ona vəsiyyət etdi. Dediyi ilk söz "Ey Ömər, Allahdan qorx." sözü oldu.
Ömər (r.a) oğlu Abdullaha məktub yazıb deyirdi: "Mən sənə Allahdan qorxmağını tövsiyə edirəm. Həqiqətən kim Allahdan qorxarsa Allah da onu qoruyar. Kim Ona borc verərsə, O da ona mükafat verər. Kim Ona şükür edərsə şükürünü artırar. Təqva daim gözünün önündə, qəlbinin üstündə olsun."

Əli ibn Əbu Talib (r.a) bir nəfəri dəstə rəhbəri təyin edib dedi: "Sənə bir gün qarşısında hesab verəcəyin, daim möhtac olduğun, dünya və axirətin sahibi olan Allahdan qorxmağını tövsiyə edirəm."

Ömər ibn Əbdüləziz bir nəfərə məktub yazıb deyir: "Sənə Allahdan qorxmağı tövsiyə edirəm. Allahın qəbul etdiyi əməl təqvadır. O təqva sahiblərini əfv edər, onlara savab verər. Bu haqda danışan çox, ona əməl edən isə azdır. Allah bizi də, səni də təqva sahiblərindən etsin."

Bir nəfər kişi Yunus ibn Ubeydə: "mənə tövsiyə et!" – deyə müraciət etdi. O dedi: "Sənə Allah təqvasını və yaxşılığı tövsiyə edirəm".
Müsəlman bacım sələflərimizin bir-birilərinə təqvanı tövsiyə etmələri haqqında çoxlu sözləri vardır.
Təqva sahibləri Allah dostlarıdır. Rəbləri onları ölüm anında qələbə çalacaqları və cəhənnəmə düşməyəcəkləri ilə müjdələyir.

Bağışlayan uca Allah buyurur:
62 - Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. 63 - O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -
64 - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus).
Qurani-Kərimdə təqva sözü üç mənada işlədilmişdir:
Bəzən Allahdan qorxu və heybət mənasında işlədilir. Uca Allah buyurur: ...ancaq Məndən qorxun! (əl-Bəqərə: 41).
Bəzən isə ibadət və itaət mənasında olur. Uca Allah buyurur:
102 - Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali-İmran). Yəni, Allaha layiqincə itaət edin.
Bəzən isə qəlbi günahlardan təmizləmək mənasında işlədilir. Ayələrin çoxunda bu məna nəzərdə tutulur.
Təqva sözünün hansı mənada işlədildiyini bilmək üçün sələfimiz bir neçə qayda qoyublar. Misal olaraq aşağıdakıları demək olar:

Əli ibn Əbu Talibdən (r.a) "Təqva nədir?!" – deyə soruşduqda demişdir: "Təqva uca Allahdan qorxmaq, nazil etdiyinə əməl etmək, az ilə qane olmaq və son mənzil üçün hazırlıq görməkdir."

Muaz ibn Cəbəl (r.a) demişdir: "Qiyamət günü insanlar bir meydanda saxlanacaqlar. Bir nəfər haray çəkib: "Müttəqilər haradadır!" – deyə səslənəcəkdir. Sonra müttəqilər Allahın himayəsində olacaqlar. Allahla onlar arasında heç bir maneə olmayacaqdır."

Mən dedim: Müttəqilər kimlərdir?
O dedi: "Onlar şirkdən və bütlərə ibadət etməkdən uzaq olan, ibadəti Allah xətrinə edib cənnəti qazanan kimsələrdir."

Abdullah ibn Məsud (r.a) uca Allahın Allahdan layiqincə qorxun. ayəsi haqqında demişdir: "Yəni itaət edin, asi olmayın. Daim zikr edin, unutmayın. Şükürlü olun və nankorluq etməyin."

Ənəs (r.a) demişdir: "Dilini qorumayan insan Allahdan layiqincə qorxmaz."

Ömər ibn Əbdüləziz demişdir: "Gündüzləri oruc tutub, gecələri ibadət etməklə təqva əldə olunmaz. Həqiqi Allah təqvasını əldə etmək üçün Allahın haram buyurduqlarından çəkinmək, vacib buyurduqlarını etmək lazımdır."

Talq ibn Həbib demişdir: "Təqva Allahın müvəffəqiyyəti ilə Allaha itaət etmək, savabını ummaqdır. Həmçinin Allahın müvəffəqiyyəti ilə Allaha asi olmaqdan çəkinmək və əzabından qorxmaqdır."

Məhəmməd ibn Huneyf demişdir: "Təqva səni Allahdan uzaqlaşdıran hər bir şeydən uzaq durmağındır."

Şərif əl-Curcani deyir: "İbadətdə təqva deyildikdə ixlas (səmimiyyət) nəzərdə tutulur. Asilikdə təqva deyildikdə günahları tərk etmək anlaşılır. Bəzilərinə görə təqva bu mənanı verir: Təqva, Allah qadağan etdiyi yerlərdə səni görməməli, əmr etdiyi yerlərdə isə səni axtarmamalıdır."

Bəziləri isə deyirlər ki, təqva, zahiri görünüşünü insanlar üçün bəzədiyin kimi, daxili görünüşünü də Allah üçün elə bəzəməyindir.

Müsəlman bacım!
Nur saçan və iman duyğusu gətirən bu sözlər təqva haqqında deyilmişdir. Müttəqilər haqqında isə Sufyan əs-Sovri belə demişdir: "Onlar başqalarının çəkinmədikləri işlərdən çəkindikləri üçün müttəqi adlandırılmışlar."
Həsən əl-Bəsri isə belə demişdir: "Müttəqilər Allahın haram etdiklərindən çəkinib vacib buyurduqlarını edərlər."
Məymun ibn Məhran demişdir: "İnsan özünü xəsislik edən şərikdən və zalımlıq edən hökmdardan daha çox mühakimə etməyincə müttəqi olmaz."
İndi isə təqva əhlinin hansı sifətlərə sahib olduqlarına nəzər salaq görək biz də təqva əhli ola bilərikmi?!
Uca Rəbbimiz kitabının bir ayəsində bu sifətləri toplamış və demişdir:
177 - Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (əl-Bəqərə).
Ayədə deyilənləri aşağıdakı bəndlərdə qeyd etmək olar:
1.Allaha iman.
2.Mələklərə iman.
3.Allahın nazil etdiyi səmavi kitablara iman.
4.Allahın peyğəmbərlərinə iman.
5.Axirət gününə iman gətirmək.
6.Namaz qılmaq.
7.Zəkat vermək.
8.Malını qohumlara, yetimlərə, kasıblara və başqalarına sevə-sevə sədəqə vermək.
9.Əhdə vəfalı olmaq.
10.Çətin anlarda səbirli olmaq.
11.Allaha qarşı sadiq olmaq.
12.Allahın ayinlərini təzim etmək. Uca Allah buyurur:
Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır. (əl-Həcc).
13.Həm bolluq, həm də qıtlıq vaxtlarında malını Allah yolunda xərcləmək. Uca Allah buyurur:
- Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. 134 - O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran).
14.Qəzəbini udmaq.
15.İnsanları bağışlamaq.
16.Allah və Rəsulunun (s.a.v) qeybdən xəbər verdiklərinə iman gətirmək.
Uca Allah buyurur: 1 - Əlif, Lam, Mim. 2 - Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. 3 - O kəslərki, qeybə inanır... (əl-Bəqərə).

Müsəlman bacım!
Təqva sahiblərinin özəllikləri bunlardır. Sənə də bu sifətlərə yiyələnmək yaraşır. Çünki hər bir müsəlmanın təqvanın bərəkətinə ehtiyacı vardır. Təqvanın bərəkəti ilə insan səhvlərə yol verməz.
Təqvanın bərəkətlərinin nədən ibarət olduğu maraqlıdırsa belə bir sual ortaya çıxır: Təqvanın bərəkəti nə deməkdir?

Cavabım isə belədir: Təqvanın bərəkəti düşünmədiyin qədər gözəldir. Sən Qurani-Kərimi oxuyanda təqvanın səmərəsinin nə qədər böyük olduğunu biləcəksən. Təqvanın bərəkətlərindən aşağıdakıları demək olar:
1.Qurani-Kərimdən və orada olan hidayət nurundan faydalanmaq.
Uca Allah buyurur:
- Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. (əl-Bəqərə).
2.Qiyamət günü Allah yanında yüksək məqama yetişmək.
Uca Allah buyurur:
- Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (əl-Bəqərə).
3.İçərisində çaylar axan, pak zövcələr və Allah rizası olan cənnəti qazanmaq.
Uca Allah buyurur:
15 - (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Ali-İmran).
4.Allahın sevgisini əldə etmək.
Uca Allah buyurur:
76 - Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər. (Ali-İmran).
...Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevər!(ət-Tövbə).
5.Allahın birliyinə nail olmaq.
Müqəddəs adların sahibi Allah buyurur:
...Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.(əl-Bəqərə: 194).
Digər ayədə isə belə buyurur:
- Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir! (ən-Nəhl).
6.Nicat tapmaq.
Uca Allah buyurur: Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız. (əl-Maidə: 100).
7.Qəlbdəki qorxu və kədər hisslərinin yoxa çıxması. Digər tərəfdən isə bu dünyada qurtuluşa və müjdə xəbərinə nail olmaq.
Güclü və bağışlayan Allah buyurur:
...Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! (əl-Əraf: 35).
- Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. 63 - O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus).
8.Həm göydən, həm də yerdən nemət və bərəkət əldə etmək.
Uca rəbbimiz buyurur:
- Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.(əl-Əraf).
9.Haqqı nahaqdan ayırmaq bacarığına nail olmaq.
Uca və pak Allah buyurur:
29 - Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahağı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! (əl-Ənfal).
10.Allahın dostluğunu qazanmaq.
Uca Allah buyurur:
Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!(əl-Casiyə: 19).
11.Qiyamət günü cəhənnəmdən qurtulmaq.
İzzət və Cəlal sahibi Allah buyurur:
- Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. 72 - Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq! (Məryəm: 71-72.)
18 - İman gətirib (Allahdan) qorxanları isə xilas etdik. (Fussilət: 18).
12.Rəhmanın qonaqları ilə birlikdə həşr olunmaq.
Uca Rəbbimiz buyurur:
- O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik. (Məryəm).
13.Gözəl aqibət qazanmaq.
Uca Allah buyurur:
- Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)! (Taha).
Başqa ayədə isə belə buyurulur:
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir! (əl-Qəsəs).
14.Qurtuluş və günahların bağışlanması.
Uca Allah buyurur:
Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).ən-Nur).
Başqa ayədə isə belə buyurur:
- Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar. (əl-Əhzab).
15.Qiyamət günündə həqiqi dostluq münasibətini qazanmaq.
Şəni uca Allah buyurur:
- Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər! (Zuxruf).
16. Allah yanında qorxusuz məqama sahib olmaq.
Uca Allah buyurur:
Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə olacaqlar. (əd-Duxan).
17.Allah yanında hörmətli olmaq.
İzzət və Cəlal sahibi Allah buyurur: Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (əl-Hucurat: 13).
18.Cənnətdə haqq məclisinə yetişmək.
Uca və nöqsansız Allah buyurur:
- Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, 55 - (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar! (əl-Qəmər).
19.Allahın rəhmətini, hidayətini və mərhəmətini qazanmaq.
Uca Allah buyurur:
28 - Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (sirat körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!(əl-Hədid).
20.Dünya və axirət sıxıntılarından xilas olmaq.
Uca Allah buyurur: ..Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.
Və ona gözləmədiyi yerdən ruzi verər... (ət-Talaq).
21.İşlərin asanlaşdırılması, günahların bağışlanması və savabın çoxaldılması.
Uca və pak Allah buyurur:
Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər. 5 - Bu, Allahın sizə nazil etdiyi buyruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar. (Talaq).
22.Paxılların və həsəd aparanların hiyləsindən qurtulmaq.
Uca Allah buyurur:
.Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. (Ali-İmran: 120).
23.Allah dərgahında əməllərin qəbula keçməsi.
Uca Allah buyurur:
Allah yalnız müttəqilərdən qəbul edər! (əl-Maidə: 27).
24.Qiyamət günü mələklərin müşayiəti ilə gözəl qarşılanmaq.
Uca Allah buyurur:
- Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər. (əz-Zumər: 73).

Mömin bacım!
Təqva bərəkəti və fəziləti ilə bu gözəl Quran ayələrini oxuduqdan sonra təqva azuqəsinin önəmliliyini dərk edirik. Ölümün hər an gələcəyini fikirləşib bu azuqəni tədarük etmək lazımdır.

Müsəlman bacım!
Peyğəmbərimizin (s.a.v) Aişəyə Anamaza etdiyi tövsiyənin ilk hissəsi haqqında bu qədər.
Tövsiyənin ikinci hissəsi isə mülayimlikdən bəhs edir.
Mülayimlik xoş rəftarlı, gülər üzlü və geniş ürəkli olmaqdır. Müsəlman qadın bu sifətlərə sahib olmaqla digər qadınlarla gözəl münasibət qura bilər.
Mülayimlik bir çox əxlaq normalarından üstündür. Elə buna görə uca Allah mülayim xasiyyətli insanları dünyada tərifə, axirətdə isə böyük savaba layiq görmüşdür. Mülayim xasiyyətə sahib olan insan həm Allah yanında, həm də insanların gözündə gözəl olar. Müsəlman kişi və ya qadın mülayimlikdən uzaq olarsa, o həm Allahın, həm də insanların yanında eyibli olar. Çünki Allah mülayimdir və mülayimliyi sevir.
Siz Peyğəmbərimizin (s.a.v) işıqlı həyatına baxsanız onun ən gözəl mülayimlik örnəyi olduğunu görərsiniz. (Peyğəmbərimizin (s.a.v) həyatını əvvəldən sona qədər əhatə edən və ətraflı məlumat verən kitaba baxa bilərsiniz. İnşallah kitab 2011-ci ilin sonuna qədər çapdan çıxmalıdır. )

Müsəlman bacım bax və düşün!

Peyğəmbər (s.a.v) əshabələri ilə birlikdə məsciddə oturmuşdular. Bir nəfər kəndli ərəb məscidə daxil olub məscidin sütunlarından birinə yaxınl(s.a.v) şdı və yüngül subaşına çıxdı. Müsəlmanlar dərhal qalxıb onu vurmaq istədilər. Peyğəmbər  hədsiz mülayimlik göstərib onlara dedi: "İşiniz olmasın. Onun batırdığı yerə bir qab su tökün. Siz çətinləşdirmək üçün deyil, asanlaşdırmaq üçün göndərilmisiniz."(Buxari: ? 217.)

Peyğəmbərin (s.a.v) mülayimliyinə baxdıqda onun hətta heyvanlara qarşı necə mülayim davrandığını görərik. Peyğəmbər (s.a.v) demişdir: "Allah hər şeyə yaxşılıq etməyi əmr etmişdir. Öldürəndə yaxşı öldürün, heyvanı kəsəndə yaxşı kəsin. Bıçağınızı itiləyin ki, kəsdiyinizi rahat edəsiniz."(Muslim: ? 1955.)

Ənəs ibn Malikin (r.a) nəvələrindən biri deyir ki, mən əl-Həkəm ibn Əyyubun həyətinə daxil oldum. Orada bir dəstə adam toyuğu bağlayıb daşla vururdular. Ənəs (r.a) onların bu hərəkətini görüb dedi:
"Peyğəmbər (s.av) heyvanlara işgəncə verməyi qadağan etmişdir."(Buxari: ? 5194.)
Yəni heyvanı bağlı yerə salıb sonra ölənə qədər daş ilə vurmaq olmaz. Peyğəmbərin (s.a.v) əshabələri ondan mülayimlik ibrəti götürmüşdülər.
İbn Ömər (r.a) yol ilə gedərkən bir dəstə qureyşli cavanın quşu bağlayıb daşladıqlarını gördü. Onlar boşa çıxan hər nişana görə quşun sahibinə bir ox verirdilər. İbn Ömər (r.a) onların bu işinə münasibət bildirib dedi:
"Bunu kim edib?! Allah bunu edənə lənət etsin. Peyğəmbər (s.a.v) ruhu olan canlını hədəfə çevirəni lənətləmişdir."
İbn Sirin deyir ki, Ömər (s.a.v) qoyunun ayağından tutub sürüyə-sürüyə kəsməyə aparan bir kişi gördü və dedi: "Vay sənin halına. Onu ölümə aparanda da gözəl şəkildə apar!"
Yuxarıda yazılanlar Peyğəmbərimizin (s.a.v) və əshabının mülayimlik nümunəsidir.
Müsəlman bacım, heyvana qarşı mülayim davranmaq haqqında aşağıda qeyd olunan nümunədən də ibrət dərsi götür.

Ədiy ibn Hatim (r.a) çörək qırıntılarını toplayıb evinin çöl divarının dibi ilə hərəkət edən qarışqalara verirdi. Ondan nə üçün belə etdiyini soruşanda dedi: "Onlar mənim qonşularımdır və üzərimdə haqları var."
Müsəlman bacım, qoy mülayimlik sənin gözəlliyin olsun. Övladların, həyat yoldaşın və qonşularınla belə mülayim rəftar edəsən.
Mülayimliyi özünə həyat yolu seç ki, istədiyinə nail olasan.
Əl-Əsməi adlı şair demişdir:

Mülayim davranarsa insan işində
İlanı yuvasından qoyar eşikdə


Tarix: 05.05.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 389 Bölmə: Maraqlı melumatlar