beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏFİ

əl-Həfi – Lütfkar, xoşsifət, bilmək, sevinmək, «O, mənə qarşı çox mehriban və lütfkardır (HƏFİ)». (Məryəm 47). Əzhəri deyir ki: «Həfi – bilmək, sevinmək». Suddi deyir ki: «Dostluq, yoldaşlıq, çox yaxın bir münasibət».

Bəzən də Həfi Hakim mənasında da işlədilir. Ərəblər hakimlərə Həfi də deyərdilər. Həmçinin də yaxşılıq edən, hörmət edən, köməyə gəlmək mənasındadır. Dilçi alimlərindən əl-Fərra deyir ki: «O, mənə qarşı çox mehriban və lütfkardır». (Məryəm 47) ayəsində: “Mənə qarşı lütfkar davranan, dua etdiyimdə duamı qəbul edən, ehtiyaclarımı qarşılayan şəkilindədir” deyə açıqlamışdır.


Tarix: 05.05.2013 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 47 Bölmə: Maraqlı melumatlar