beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikah-Qadınla nə zamandan yaşamaq yaxşıdır?

1.Qadınla nə zamandan yaşamaq yaxşıdır?

2.Qadının yanına daxil olarkən nə etmək müstəhəbdir?

Qadınla nə zamandan yaşamaq yaxşıdır?
Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənimlə şəvval ayında evləndi və elə o ayda da mənimlə yaşadı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hansı yoldaşı mənim kimi şanslıdır?![1] Beləliklə Aişə (Allah ondan razı olsun) özünə yaxın qadınların şəvval ayında evlənməsini müstəhəb görürdü»[2].

Qadının yanına daxil olarkən nə etmək müstəhəbdir?[3]
Bu zaman qadına içki və sairə belə şeylər təqdim etməklə ona qarşı mülayimlik göstərmək lazımdır. Demək, Əsma bint yezid deyir ki, «mən Aişəni (Allah ondan razı olsun) Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün bəzətdim və Peyğəmbəri onun yanına çağırdım. O gəlib onun yanında əyləşdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün piyalədə süd gətirdilər. Birinci özü içdi və sonra Aişəyə (Allah ondan razı olsun) verdi. Aişə (Allah ondan razı olsun) isə utandığından başını aşağı saldı. Əsma deyir ki, mən ona hirsləndim və dedim: Südü Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əlindən götür. O da südü götürüb bir az içdi»[4].
Kişi əlini qadının alnına qoyub Allahın adı ilə başlayıb bərəkətli dua edib Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisdə deyilən sözlərini oxumalıdır: «Biriniz bir qadınla evləndikdə yaxud xidmətçi aldıqda əlinin onun alnına qoysun, bismilləh deyib bərəkətli dua etsin və desin:
اللَّهُمَّ إِنِّى أسْألُكَ خَيرَهَا وَخَيْرَ مَا جَبَلتَهَا عَلَيهِ، وَأعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا جَبَلتَهَا عَلَيهِ
«Allahummə inni əsəlukə xeyrahə va xeyra mə cəbəltəhə aleyhi, va əuzu bikə min şərrihə va şərri mə cəbəltəhə aleyhi!»
«Allahım, Səndən bunun və bunun yaradılmasının xeyrini diləyirəm. Bunun şərindən və yaradılmasının şərindən Sənə sığınıram»[5].
Ərlə arvadın birgə iki rükət namaz qılmaları müstəhəbdir. Belə ki, bu adət sələflərdən nəql edilmişdir. Bu haqda iki rəvayət mövcuddur:
Birinci: Əbu Useydin köləsi Əbu Səid deyir ki, «mən kölə ikən evlənmişdim. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən bir neçəsini də çağırmışdım. Onların arasında İbn Məsud, Əbu Zərr və Huzeyfə də var idi. Sonra namaz üçün iqamə verildi və Əbu Zərr önə çıxmaq istədikdə onlar dedilər: namazı sən qıldır. Mən dedim: Doğrudan? Onlar: bəli – deyərək cavab verdilər. Mən kölə olduğum halda onlara namaz qıldırdım. Sonra onlar mənə təlimat verib dedilər: Ailən sənin yanına daxil olduqda iki rükət namaz qıl. Sonra Allahdan sənin yanına daxil olanın xeyirini istə, şərindən Ona sığın. Sonra sən və ailən istədiyinizi edin»[6].
İkinci: Şəqiq deyir ki, Əbu Hureyz adlı bir kişi gəldi və dedi: Mən gənc bakirə bir qızla evlənmişəm. Amma onun mənə nifrət edəcəyindən qorxuram. Bu zaman Abdullah ibn Məsud dedi: «Mehribançılıq Allahdan, nifrət isə şeytandandır. Bu nifrətlə şeytan Allahın halal etdiyini sizə pis göstərmək istəyir. Qadının sənin yanına gəldikdə ona, sənin arxanda iki rükət namaz qılmasını əmr et». Digər rəvayətdə İbn Məsudun belə dediyi nəql olunur:
اللَّهُمَّ بَرِكْ لِي فِي أهْلِي و بَارِك لَهُمْ فِيَّ. اللَّهُمَّ اجْمَعْ بَيْنَنَا مَا جَمَعْتَ بِخَيْرٍ و فَرِّق بَيْنَنَا إذاَ فَرَّقْتَ إلىَ خَيْرٍ
«Allahummə bərik li fi əhli. Və barik ləhum fiyyə. Allahummə icmə bəynənə mə cəmətə bixeyrin və fərriq bəynənə izə fərrəqtə ilə xeyrin».
«Allahım mənim ailəmə bərəkət ver və onlar üçün mənə bərəkət ver. Allahım, biz xeyir üzərə olduğumuz müddətdə bizi qoşa et. Bizi ayırsan yenə də xeyirlə ayır»[7].
Qadınla cinsi yaxınlıq edərkən bu dua deyilir:
بِسمِ اللهِ، اللَّهمَّ جَنِّبْنَا الشَّيطَانَ وَجَنِّبِ الشَّيطَانَ مَا رَزَقتَنَا
«Bismi-l-ləh, Allahummə cənnibnə-ş-şeytanə va cənnibi-ş-şeytanə mə razəqtənə»
«Allahın adı ilə! Allahım, şeytanı bizdən və bizə verdiyin ruzidən (övladdan) uzaq et».
Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: «Əgər bu yaxınlıq zamanı onlara övlad verilərsə şeytan heç vaxt o övlada bir zərər toxundura bilməz»[8].
Həmçinin qadının ön cinsiyyətinə istənilən tərəfdən, öndən və ya arxadan yaxınlıq etmək olar. Belə ki, uca Allah buyurur: «(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. Tarlanıza istədiyiniz tərəfdən gəlin!»[9] Yəni, istər ön, istərsə də arxa tərəfdən ön cinsiyyətə yaxınlıq edin.
Demək, Cabir (Allah ondan razı olsun) deyir ki, yəhudilər deyirdilər ki, əgər kişi qadının ön cinsiyyətinə arxadan yaxınlıq edərsə uşaq çəpgöz olar. Bu xüsusda Allah bu ayəni nazil etdi: «(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. Tarlanıza istədiyiniz tərəfdən gəlin!»[10]
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «bütlərə ibadət edən bu ənsar qəbiləsi kitab əhli olan yəhudilərlə birgə yaşayır, onları özlərindən daha elmli sayırdılar. Elə bu səbəblə də bir çox hallarda onları özlərinə örnək götürürdülər. Kitab əhli öz adələrinə görə qadınlarla yalnız bir tərfdən yaxınlıq edərdilər. Belə halda qadının bədəni daha çox örtülü olur. Həmin ənsar qəbiləsi də bu adəti onlardan götürmüşdülər. Amma qureyş qəbiləsi isə qadınlara hər tərəfdən, ön və arxa, yaxud uzanan halda yaxınlıq edərdilər. Mühacirlər mədinəyə gələndə onlardan biri ənsarlı qadınla evləndi və öz adətlərinə görə qadına yaxınlıq etmək istədikdə qadın buna etiraz edib dedi: Biz ənsarlar yalnız bir tərəfdən yaxınlıq edirik. Ya deyilən kimi et, ya da məndən əl çək. Beləliklə məsələ böyüdü və bu xəbər Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çatdı. Sonra uca Allah bu ayəni nazil etdi: «(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. Tarlanıza istədiyiniz tərəfdən gəlin!» Yəni, ön və arxa tərəfdən, yaxud uzanan halda ön cinsiyyətə yaxınlıq edin»[11].
Arxa cinsiyyət orqanına yaxınlıq etmək isə haramdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim aybaşı qadına, yaxud qadının arxa cinsiyyət orqanına yaxınlıq edərsə və ya sehrbazın doğru söylədiyini təsdiqləyərsə, artıq Məhəmmədə nazil olana (şəriətə) küfr etmişdir»[12].
Ər və arvadın evlənməkdə məqsədi iffətlərini qorumaq və Allahın haram buyurduqlarından uzaqlaşmaq olmalıdır. Belə halda onların yaxınlıq etmələri də savab sayılır. Demək Əbu Zərr deyir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələri ona dedilər: «Ey Allahın elçisi, varlılar bütün savabları qazanıblar. Onlar da bizim kimi namaz qılır, oruc tuturlar. Üstəlik mallarından sədəqə də verirlər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Məgər Allah sizə sədəqə etməyə bir şey verməyib? Sizin söylədiyiniz hər bir təsbih (sübhənəllah), təkbir (Allahu əkbər), təhlil (lə iləhə illəllah), təhmid (əlhəmdulilləh) kəlməsi sədəqədir, yaxşı işləri əmr edib, pis əməllərdən çəkindirmək sədəqədir. Qadınınıza yaxınlıq etməyiniz sədəqədir. Orada olanlar dedilər: Ey Allahın elçisi, şəhvətimizə görə savab da qazanırıq?! O dedi: Öz şəhvətini haram yolla söndürən günah qazanmırmı? Eləcə də halal yolla şəhvətini söndürən savab qazanır»[13].


[1] Burada Aişənin bu sözləri deməsinə səbəb, cahiliyyət zamanı olan batil inanca qarşı çıxmaq idi. Belə ki, cahiliyyət zamanında hansısa etiqadla şəvval ayında evlənməzdilər. (tərc.)
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1619. Müslim: 2/ 1039/ ? 1423. Tirmizi: 2/ 277/ ? 1099. Onun rəvayətində orta cümlə yoxdur. Nəsai: 6/ 130. Onun rəvayətində isə sonuncu cümlə yoxdur. İbn Macə: 1/ 641/ ? 1990.
[3] Bu məlumat, Şeyx Albaninin “Ədəbu-z-zifaf” kitabından müxtəsər şəkildə iqtibas edilmişdir.
[4] Himeydi: 1/ 179/ ? 367. Əhməd: 6/ 438, 452, 453 və 458. O, hədisi iki sənədlə uzun və müxtəsər mətnlə rəvayət etmişir. Hər iki sənəd bir-birini dəstəkləyir. Bu məlumatı şeyx Albani (Allah ona rəhmət etsin) “Ədəbu-z-zifaf” kitabında qeyd etmişdir.
[5] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1557. Əbu Davud: 6/ 196/ ? 2146. İbn Macə: 1/ 617/ ? 1918.
[6] Hədisin sənədi səhihdir. Ədəbu-z-Zifaf: səh. 22. İbn Əbu Şeybə: 4/ 311.
[7] Sənədi səhihdir. Ədəbu-z-Zifaf: səh. 23. İbn Əbu Şeybə: 4/ 312.
[8] Buxari: 9/ 228/ ? 5165. Müslim: 2/ 1058/ ? 1434. Əbu Davud: 6/ 197/ ? 2147. Tirmizi: 2/ 277/ ? 1098. İbn Macə: 1/ 618/ ? 1919.
[9] ən-Nisa: 223.
[10] Buxari: 8/ 189/ ? 4528. Müslim: 2/ 1058/ ? 1435. Əbu Davud: 6/ 203/ ? 2149. İbn Macə: 1/ 620/ ? 1925.
[11] Hədisin sənədi həsəndir. Ədəbu-z-Zifaf: səh. 28. Əbu Davud: 6/ 204/ ? 2150.
[12] Hədis səhihdir. əl-İrva: 2006. İbn Macə: 1/ 209/ ? 639. Tirmizi: 1/ 90/ ? 135. Əbu Davud: 10/ 398/ ? 3886.
[13] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2588. Müslim: 2/ 697/ ? 1006.


Tarix: 02.05.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 216 Bölmə: Maraqlı melumatlar