beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖLÜM – OYANIŞDIR

İslamın dördüncü rəşidi xəlifəsi Əli bin Əbu Talibdən ( radiallahu anhu, yəni «Allah ondan razı olsun».) edilən rəvayətdə ölüm barədə belə bildirilmişdir: «İnsanlar yuxudadırlar, öldükləri zaman oyanırlar!»

Yəni, qəflət (dini savadsızlıq və inamsızlıq) yuxusunda olaraq yaşayıb axirət həyatını dərk etmədikləri halda vəfat etdikdən sonra, artıq, daimi olacaq həyatlarına göz açırlar və bu aləmin bütün həqiqətlərini bir anda dərk edirlər. Sanki yuxuda olmuşlar – birdən oyandılar. Sanki gözü pərdəli imiş – pərdəni birdən çəkdilər Və nə vaxtsa sağlıqlarında eşitdikləri bütün deyilənlərə, məhz ölüm anında birdən inanırlar. Lakin, artıq, bu inamın faydası yoxdur. Axirət günündə də eşitdikləri o «günü» öz gözləri ilə açıq-aşkar görəcəklər. «(Ona belə deyiləcəkdir): «Sən (dünyada) bundan qafil idin (bu günün olacağına inanmırdın). Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!» (Qaf, 50: 22).

---------------
ÖLÜM VƏ AXİRƏTƏ İNAM


Tarix: 12.04.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar