beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha tövbə edib ondan bağislanma diləməyin fəziləti.

1) Uca Allah tövbə edənləri sevir. Allahu təalə buyurur: "Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!" (al-baqara 222). Əziz qardaşım tövbə edənlərdən olmağa həris ol ki, Allah da səni sevsin

2) Uca Allahu tövbə edənlərin günahlarını bağışlayır. Allah buyurur: "Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!" (Taha-82). Sən də Allaha tövbə edib yaxşı işlər gör ki, Allah səni bagışlayıb səndən razı qalsın.

3) Yaxşı əməllər günahları yuyub aparır. Allah buyurur: "Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar" (Hud-114). Rasulullah (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) buyurur: "Harada olursansa ol, Allahdan (Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə ) qorx! Günah ışlədikdən sonra yaxşı əməl et ki, onları yuyub aparsın və insanlarla gözəl rəftar et!" (Ət-Tirmizi). Əziz müsəlman, hər dəfə bir günah işlədikdə və yaxud pis iş gördükdə yaxşı, saleh əməllər etməyə həris ol ki, günahlarını yuyub aparsın. Həqiqətən saleh və yaxşı əməllər insanın (kiçik) günahlarının silinməsinin və dərəcələrinin yüksəlməsinin səbəbidir.

Günahların silinməsinə səbəb olan bir-neçə yaxşı əməl:

1. Dəstəmaz aldıqdan sonra edilən dua.

Allahin elçisi (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) belə buyurur: "Hər hansı bir müsəlman dəstəmaz alarkən gözəl dəstəmaz alıb, əşhədu əllə iləhə illallahu vəhdəhu lə şərikə ləhu və aşhədu ənnə Muhammədən abduhu və rasuluhu (Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. O, təkdir və Onun heç bir şəriki yoxdur və şəhadət edirəm ki, Muhamməd Onun qulu və elçisidir) deyərsə, mütləq Cənnətin səkkiz qapısınin hamısı onun üzünə açılar və o, istədiyi qapıdan Cənnətə girər." (Müslüm, Əbu Davud, Ən-Nəsəi).


2. Müəzzinin dediklərini təkrarlamaq.

Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) belə buyurur: "Müəzzini eşitdiyiniz zaman onun dediklərini təkrarlayın!" (Əl-Buxari və Müslüm). Başqa bir hədisdə Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) belə buyurur: "Kim müəzzini eşitdiyi zaman: "və ənə əşhədu əllə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və ənnə Muhammədən abduhu və rasuluhu radiytu billəhi rabbən və bil isləmi dinən və biMuhammədin sallallahu aleyhi və səlləmə rasulən" (Məndə şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, təkdir Onun şəriki yoxdur və şəhadət edirəm ki, Məhəmməd Allahın qulu və elçisidir. Allahdan Rəbb, İslamdan din və Məhəmməddən (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) Peyğəmbər olaraq razı qaldım) deyərsə, Allah onun günahlarını bağışlayar" (Müslüm).


3. Bazara girdikdə edilən dua.
Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) belə buyurur: "Kim bazara girdikdə: "lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul mulku və ləhul hamdu yuhyi və yumitu və huvə hayyun lə yəmutu biyədihil xayru və huvə alə kulli şəy in qadir" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və Onun şəriki yoxdur. Mülk onundur və həmd onadır. O, dirildib-öldürür və Özü ölməyən diridir, bütün xeyirlər Onun əlindədir və O, hər şeyə Qadirdir) deyərsə, Allah ona milyon həsənət (yaxşı iş) yazar və ondan milyon ədəd seyyiət (pis əməl) silər və onun dərəcələrini milyon qat yüksəldər (Ət-Tirmizi). Hədisə Albani həsən demişdir.

4) Allahın rəhmətindən ümüd üzməyin!

Allahu təalə buyurur: "De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (Əz-Zumər 53). Sənin nə qədər böyük və çox günahların olsa da, bil ki, Allahın rəhməti və bağışlaması daha genişdir. Elə isə Allaha tövbə edib Ondan bagışlanma dilə!


5)Xəta edənlərin ən xeyirliləri tövbə edənlərdir.

Allah buyurur: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər." (Ən-nisa 110) Rasulullah (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) buyurur: "Hər Adəm övladı xətakardır, (günah edəndir) yalnız xəta edənləırin ən xeyirliləri tövbə edənlərdir" (Əhməd, Ət-tirmizi).

6) Allahdan bağışlanma diləyib Onu təsbih etmək (subhanallah deyərək onu bütün nöqsanlardan təqdis etmək).

Allahu təalə buyurur: "(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!" (Əl-Mumin 55).
Sən də ey Allahın qulu Allahın elçisi Muhamməd (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) etdiyi kimi səhər və axşam Allahdan bağışlanma diləyib onu bütün nöqsanlardan təqdis et. Beləcə də, hər oturduğun məclisdə Allahın elçisi Muhamməd (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) etdiyi kimi bu sözləri de: "Rabbiğfirli zəmbi və tub aləyyə innəkə əntə Ət-Tövvəbu Ər-Rahim". Necə ki, Abdullah bin Ömər (Allah onlardan razı olsun) buyurur: "Biz hər bir məclisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun) istixfarını (Allahdan bağışlanma diləməsini) saydıqda onun yüzə çatdığını görərdik. O, (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun) belə deyərdi: Rabbiğfirli zəmbi və tub aləyyə innəkə əntə Ət-Tövvəbu Ər-Rahim. (Ey mənim Rəbbim! Mənim günahlarımı bağışlayıb tövbələrimi qəbul et! Həqiqətən, Sən tövbələri qubul Edən və Mərhəmətlisən) (Əbu Davud və Ət-Tirmizi).

7) İstiğfar dualarının ağası.

Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) buyurur: "Qulun: "Allahummə əntə Rabbi lə iləhə illə ənt. Xaləqtəni və ənə abduk və ənə alə ahdikə və vədikə məstədatu. Əuzu bikə min şərri mə sanatu. Əbuu ləkə binimətikə aləyyə və əbuu bizəmbi fəğfirli! Fəinnəhu lə yəğfiruzzunubə illə ənt" (Ey Allahım, sən mənim Rəbbimsən, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Məni yaratdın və mən sənin qulunam. Mən gücüm yetdiyi qədər Sənin əhdinin və vədinin üzərindəyəm. Etdiklərimin şərindən Sənə sığınır, Sənin mənə olan nemətini və öz günahlarımı etiraf ediram. Məni bagışla! Həqiqətən günahları səndən başqa heç kəs bagışlamır) deməsi, istixfarların ağasıdır. Kim onu yəqinliklə səhər çağı desə, axşama çıxmazdan qabaq ölərsə, Cənnət əhlindən olar. Və kim onu yəqinliklə axşam çağı deyib səhərə çıxmazdan qabaq ölərsə, Cənnət əhlindən olar" (Əl-Buxari).
Uca Allah sənə rəhm etsin! Sən də bu sözləri səhər-axşam deməyə həris ol ki, Cənnət əhlindən olasan! Başqa bir hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir duası və salamı olsun ) buyurur: " Kim: " Əstəğfirullahəlləzi lə iləhə illə huvə əl-Hayy əl-Qayyum və ətubu ileyhi" (Özündən başqa ibadətə layyiq haqq məbud olmayan, həmişə diri və əbədi olan Allahdan bağışlanma diləyib, ona tövbə edirəm) deyərsə, döyüş meydanından qaçsa belə onun günahları bağışlanar" (Əbu Dəvud). Albani həsən demişdir. Bu dualara sadiqliklə və yəqinliklə həris olmaq lazımdır ki, çox Bağışlayan və Mərhəmətli Allah da bizi bağişlayıb tövbələrimizi qəbul etsin.

8) Səmimi qəlbdən edilən tövbə.

Allahu təalə buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin." (Ət-Təhrim 8).

Səmimi qəlbdən edilən tövbənin şərtləri:

1.Günahı tərk etmək.
2.Etdiyi günah üçün peşmanlıq çəkmək.
3.Bir daha həmin günaha qayıtmamağı əzm etmək.
4.Əgər etdiyi günah Adəm övladlarının haqqı ilə bağlıdırsa, (kiməsə əziyyət vermış, kiminsə qeybətini etmiş və umumiliklə, kiməsə hər hansı bir zülm etmişsə) onda həmin insanın haqqını qaytarmalıdır (onun haqqını qaytarmalı, ondan hallalliq almalı və əgər bu mümkün deyilsə onunçun Allaha dua edib bağışlanma diləməlidir). Əgər tövbə etdikdə bu şərtlər cəm olarsa, tövbə səmimi qəlbdən edilmiş olar və Allah da sənin günahlarını bağışlayar. Allahdan istəyirəm ki, bizim və bütün müsəlmənların günahlarını bağışlasın, bizi nemət verildikdə şükr, başına bir müsübət gəldikdə səbir və günah işlədikdə tövbə edən qullarından etsin! Allah bizi və bütün müsəlmanları fitnədən və fitnə əhlindən qorusun! Və sallallahu alə nəbiyyinə Muhammadin və alə əlihi və sahbihi əcməin!


Tarix: 11.04.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Maraqlı melumatlar