beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-İnşirah (Genişlənmə) surəsinin şərhi

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 - {Məgər Biz, sənin köksünü açıb genişlətmədikmi?!} Ey Muhəmməd, Biz sənin köksünü Peyğəmbərliyi qəbul etsin deyə genişlətdik. Elə buna görə o dəvətə başlayıb bütün çətinliklərə sinə gələrək dözdü və vəhyi əzbərlədi.

2 - {Ağır yükünü səndən götürmədikmi?!} Cahiliyyət dövründə etdiyin əməlləri bağışladıq.
3 - {Sənin belini bükürdü.} Əgər bu yükü daşıyası olsaydın, ağırlığından belin bükülərdi.
4 - {Sənin ad-sanını ucaltmadıqmı?!} Bir çox amillərlə dünya və axirətdə sənin şərəfini artırdıq. "Əşhədu əllə iləhə illəllah" deyən möminlərə "əşhədu ənnə Muhəmmədən rəsulullah" – deməyi də vacib etdi. Azanda onun adını qeyd etdi, ona salavat və salam deməyi əmr etdi.
5 - {Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!}
6 - {Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!} Əvvəldə deyilən çətinlikdən sonra bir asanlıq vardır. Bunların hər ikisi Allah tərəfindəndir.
7 - {Elə ki, azad oldun, qalx!} Namazı, dəvəti, yaxud döyüşü bitirdikdən sonra çoxlu dua et və Allahdan ehtiyac duyduğun nə varsa, onu da istə. Qalx, ibadətini də et.
8 - {Və ancaq Rəbbinə yalvar!} Cəhənnəmdən qorxaraq, cənnətə rəgbət bəsləyərək, rəbbinə müti ol.


Tarix: 10.04.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar