beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dondurma necə yaranıb?
Dondurma necə yaranıb?

Əlli il bundan qabaq adamlar ancaq yayda dondurma yeyərdilər. İndi isə onu bütün il boyu yeyirlər.

Şərq ölkələrində ilk dəfə dondurmanı vafli stəkanlarda yeyirdilər.

Tədqiqatçı Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dodurma Fransaya gəlir və şöhrətli adamların əlində və yemək rasionunda məhşurlaşır. Onlar dondurmanın reseptini sadə camaatdan gizləyir, onlara bildirmək istəmirdilər. Amma bir müddətdən sonra onun sirri açıldı. Sonra dondurma resepti Amerikaya gedib çıxdı.

İlk dəfə dondurma zavodu 1851-ci ildə Merilend ştatında Baltimorda fəaliyyətə başlayıb. Dondurma qaymaq, süd, süd məmulatları qarışığından düzəldilir. Ona hərdən yumurta da qatılır. Dadlı olması üçün vanil, şokolad, fındıq və başqa dadlı meyvələr əlavə edirlər.

Bax belə yaranıb ən çox xoşladığımız dondurma…
Eramızdan 3000 il əvvəl Çində dövlətli ailələr meyvə suyunu qar və yaxud buz ilə qarışdırıb içirmişlər.
Dünyanın ən güclü təbibi sayılan Hippokrat dodurmanın insan sağlamlığına xeyir olduğunu söyləmişdi.


Tarix: 11.06.2015 / 12:39 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Maraqlı Melumatlar