beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hindistanda inəyə tələbə vəsiqəsi verildi
Hindistanda inəyə tələbə vəsiqəsi verildi

Hindistanın sosial şəbəkələri Kəşmir ştatının yerli təhsil rəsmilərini lağa tutulub.

Beyaz.Az BBC-yə istinadən bildirir ki, buna səbəb yerli Qəbul İmtahanları Komissiyasının inəyə rəsmi tələbə vəsiqəsi verməsi olub.
Vəsiqə "Kachir Gaw" adına yazılıb, bu isə yerli dildə "qonur inək" deməkdir.

Həmin sənəddə Kachir Gaw-nun atasıın adı Gur Dand kimi yazılıb, yerli dildə həmin ad "öküz" kimi tərcümə edilir.
Həmin tələbə vəsiqəsinə inək fotosu da vurulub.

Bu vəsiqənin sahibi kollecə imtahan vermək hüququna malikdir.

Komissiyanın rəhbəri vəsiqənin hansısa oyunbazlar tərəfindən hazırlandığını bildirərək, bunu edənlərin məsuliyyətə cəlb olunacaqlarını bəyan edib.
Onun sözlərinə görə, vəsiqələrin verilməsi prossesi kompüterləşdirildiyindən insan fotosunu inək fotosundan sistem ayıra bilməyib.


Tarix: 04.05.2015 / 10:43 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Maraqlı Melumatlar