beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təqvim haqqında

Tamer Koruganın “Lazımsız məlumatlar ensiklopediyası” kitabından təqvimin, nə üçün 12 ay olması, ayların adlarının qoyulması və ayların günlərinin niyə 28, 30, 31 kimi fərqli rəqəmlərdən ibarətdir?

Romalılar miladdan 758 il əvvəl 10 aylıq təqvimin tətbiqinə başlayıb. Aylar ilk orijinal təqvimdə, gecə və gündüzün bərabər olduğu, min illərdir həyatın başlanğıc nöqtəsi olaraq qəbul edilən mart ayından başlayıb — Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quintilis (İyul), Sextilis (Avqust), September (İyul), October (Oktyabr), November (Noyabr) və December (Dekabr).

Ay adlarından, iyuldan dekabra qədər olanlar, romalıların 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin tələffüzdə səslənməsi ilə düzülüb. Yəni, martdan başlayan təqvimə görə, bu aylar ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu ayları idilər. 10 aylıq təqvimdə yerdə nəzərə alınmayan əlavə 60 gün saxlanılıb.

Ehtiyat olaraq qalan 60 gün problem yaradan zaman, Janarius (Yanvar) və Februarius (Fevral) adları ilə təqvimə daha iki ay əlavə olunub. Və bununla da təqvim tamamlanıb. Yəni, ilin ilk ayı Martius (Mart), son ayı isə Februarius (Fevral) olub.

Əsrlər sonra, miladdan 46 il əvvəl Roma imperatoru Julius Caesar (Yuli Sezar), ehtimal olunur ki, siyasi səbəblərdən təqvimdə bəzi dəyişikliklər edib. On bir ayı 30 və 31 gün olaraq hazırlayıb, ilin son ayı olan fevrala 29 gün və hər 4 ildən bir daha əlavə bir gün ayırıb. Ancaq sonra heç bir səbəb göstərilmədən yanvarı ilin ilk ayı elan edib. Belə olan halda isə, hər 4 ildə bir əlavə olunacaq bir günün, yeni sistemdə ilin ikinci ayı olmasına baxmayaraq fevrala əlavə olunmasına davam olunub.

Yuli Sezarın gözlənilmədən ölümündən sonra, romalılar çox sevdikləri imperatorlarının şərəfinə Quintilis ayının adını July (İyul) olaraq dəyişiblər.

Sezardan sonra hakimiyyətə gələnlərdən imperator Avqust öz şərəfinə, Sextilis ayının adını dəyişərək avqust elan edib. Ancaq ortaya başqa bir problem çıxıb. Sezarın ayı 31 gün, Avqustun ayı isə 30 gün olub. İmperator 29 gündən ibarət olan fevraldan daha bir gün kəsərək avqust ayına əlavə edib və problemi həll edib. Beləliklə, iki ay — iyul və avqust ayları 31 gün, fevral isə 28 gün (4 ildən bir 29) olub.

Aparılan elmi hesablamalara görə, xüsusilə orta əsrlərdə təqvimlərin üstündə o qədər əməliyyat aparılıb ki, Həzrəti İsanın bu gün qəbul edilən Miladdan, yəni bizim eranın 1-ci ilində anadan olduğu belə təhrif edilərək onun doğum tarixi 6 il əvvələ çəkilib.


Tarix: 10.12.2014 / 18:41 Müəllif: Aziza Baxılıb: 166 Bölmə: Maraqlı Melumatlar