beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən qəribə toy adətləri

İnanclar bəziləri üçün uydurma, gülməli görünsə də, bəziləri bu inanclara əməl edilməzsə, uğursuzluq, bədbəxtlik baş verəcəyini düşünür. Məhz buna görə insanlar həmin inancları daim yerinə yetirməyə çalışırlar. Ən geniş yayılan inanc və ənənələrin bir qismi isə evliliklə bağlıdır.

Ən qəribə və qeyri-adi inanc və ənənələri təqdim edirik.
Nikah zamanı ayağa basma ənənəsi ən geniş yayılan ənənələrdəndir. İnanca görə, ailədə məhz ayağa basan adamın hökmü keçəcək.

Bolqarıstanın dağlıq bölgələrində isə nişanlanacaq oğlan qız evinə gələndə qızın qardaşları tərəfindən möhkəm döyülür. Bolqarların fikrincə, bu zaman evlilik uğurlu və sülh içində keçir.
Bəzi ölkələrdə isə nişanlı oğlan bir müddət gəlinin ata-anasına xidmət etməlidir. Əks halda qızı oğlana vermirlər.

Toya çağırılan qonaqların sayının cüt rəqəm olması çoxları üçün uğur əlaməti sayılır.
Bir çox ölkələrdə evlənən cütlüyün üstünə düyü atmaq ənənəsi var idi və bu ənənə çox geniş yayılmışdı. Amma bu ənənə artıq dəyişib. İndi düyü əvəzinə rəngli və müxtəlif formalı kağızlar atırlar.

Elə xalqlar da var ki, onlar ev sahibinin toy gününün axşamüstü asqırmasını uğur əlamət sayırlar. Onların fikrincə, bu, şans gətirir.

Qədim zamanlarda Yunanıstanda qızlar ailə qurarkən öz oyuncaqlarını tanrılara verirlərmiş.


Tarix: 01.04.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 232 Bölmə: Maraqlı Melumatlar