beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

şaqlarda dırnaq yemə

Uşaqlarda dırnaq yemə, ana ata tərəfindən alınan tədbirlərə və edilən xəbərdarlıqlara baxmayaraq ümumiyyətlə davam edən bir problemdir.
Uşaqların dırnaq yeməsinin birdən çox fərqli səbəbi ola bilir və bu səbəblərdən bəziləri ciddi problemlərdən qaynaqlanmaqla birlikdə bir qisiminin də əhəmiyyətsiz olduğunu söyləmək gərək.
Dırnaq yeyən uşaqların bu davranışlarından imtina etmələrini təmin etmək ümumiyyətlə mümkün olmasa da mütəxəssislər, dırnaq yeməyi dayandırmaq üçün alına biləcək bəzi tədbirlərin olduğunu ifadə edir.
Uşaqlar niyə dırnaq yeyər?
Əgər uşağınız dırnaqlarını yeyirsə, onun hər hansı bir şey haqqında narahat olduğundan narahatlıq duya bilərsiniz. Dırnaq yemə, ümumiyyətlə qayğı duyğusu ilə əlaqələndirilən bir vərdiş. Amma bütün dırnaq yemə vərdişləri yalnız qayğı ilə açıqlana bilməz. Uşağınız bəlkə də başqa səbəblərlə dırnaqlarını yeyir ola bilər.
Uşaqlarda görülən dırnaq yemə vərdişinin ən məşhur səbəbləri bunlardır:
- Maraq duyğusu
- Can sıxıntısı
- Stresslə başa çıxma üsulu
- Zaman keçirmək üçün
- Yalnız vərdiş
Qayğı ilə əlaqəli vərdişlərin (saç qoparma, barmaq əmmə, burun qarışdırma kimi) içində, dırnaq yemə ən məşhur olanı.
Haradasa bütün uşaqlar, bir dövr dırnaq yeyə bilər. Uşaqlığında dırnaq yeməyə başlayan bir çox adam, əgər tədbir alınmazsa bu vərdişlərini həyatlarının sonuna qədər davam etdirə bilərlər.
Uşaqların dırnaq yemələrini önləmək çətin olsa da alına biləcək bəzi tədbirlər var.
Əllərini məşğul edin
Əgər uşağınızın nə zamanlar dırnaq yediyinin fərqindəsinizsə (televiziya seyr edərkən ya da avtomobildə səfər edərkən kimi), bu zamanlarda əllərini məşğul edəcək oyuncaqlar verin. Məsələn, əl kuklası, sızıla biləcək kiçik bir top ya da əllə əyilib bükülə bilər bir oyuncaq. Ayrıca, dırnaqlarını da qısa edin. Beləcə dişləyəcək bir şey tapa bilməz.
Gözləyin
Gözləyin və özbaşına buraxacağını ümid edin. Əllərini məşğul etmənin xaricində, bu vərdişini görməməzlikdən gəlin. Böyük ehtimalla uşağınız nə etdiyinin fərqində deyil. Onu xəbərdar edərək ya da cəzalandıraraq, diqqətini bu vərdiş üzərində sıxlaşdırmayın. Bu vərdişin pis və iyrənc olduğunu da açıqlamaq bir həll deyil. İbtidai məktəb dövründəki uşaqlar üçün, dırnaqlara "acı dırnaq boyası" sürmək, onların bu vərdişdən vaz keçmələrinə köməkçi ola bilər amma məktəb əvvəlində işə yaramaz. Məktəb əvvəli dövrdə, yalnız əllərini məşğul edib, diqqətlərini başqa istiqamətə çəkməyə çalışın və bu vərdişdən bir zaman sonra vaz keçəcəklərini ümid edin.
Mütəxəssislə məsləhətləşin
Əgər uşağınız dırnaqlarını qanadacak dərəcədə yeyirsə ya da dırnaq yemə ilə birlikdə saç, qaş qoparma kimi vərdişləri də varsa, yaşıdlarına görə daha çox stress və qayğı içində ola bilər. Bu vəziyyətdə bir pedaqoq ya da psixoloqa məsləhətləşmənizdə fayda var.
Məktəb əvvəli dövrdəki uşaqların bir çoxu, ümumiyyətlə barmaq əmmə ya da dırnaq yemə kimi vərdişlər əldə edib, bir müddət sonra özbaşlarına vaz keçirlər. Bu səbəblə, uşağınızı diqqətlicə müşahidə edin və bir müddət bu vərdişi görməməzlikdən gəlin. Böyük ehtimalla, sizin aktiv müdaxilənizə gərək qalmadan buraxacaq.


Tarix: 17.12.2014 / 13:40 Müəllif: Aziza Baxılıb: 172 Bölmə: Maraqlı Melumatlar