Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Döymə (tattoo)

Hindlilər, Yaponlar, Amerikanlar və Afrikadakı bəzi qəbilələr döyməni bəzək olaraq etsələr də, bir çox yerlərdə döymə xəstəliklərə və pis ruhlar qarşı qoruyucu bir tilsim olara tətbi edilir.

Döymə bəzəfərdi cəmiyyətdəki mövqeyini də ifadə edir. Tatu etmə ənənəsi xeyli köhnədir. Eradan əvvəl 2000-ci illərdə Qədim Misirdə, Qalliyalılarda,Britonlarda, Traklarda döymənin mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda vəRomada döymə barbarlara məxsus bir məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcbur edilirdi. O zamanlarda xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürmüşdülər.

Aradan əsrlər keçdikdən sonra avropalılar döyməyi unutdular. 18-ci əsr sonlarında denizaşırı gəzintilərdə Amerikan yerlilərinə və Polinezyalılarda döyməklə yenidənqarşılaşdılar. Avropa dilləri, döymə qarşılığı olan tattoo sözcüyünü Tahiti dilindəki tautausözündən almışdır. Tatu 20. əsrin başlarından sonra, xüsusilə dənizçilər arasında məşhurluqqazandı.

Romantik duyğuları, vətənpərvərliyi ya da dindarlığı ifadə etmək məqsədiylə döyməgeniş şəkildə istifadə edildi və indiki vaxtda da istifadə edilməkdədir. Amma gigiyenayaəhəmiyyət verilmədiyi və AIDS kimi bəzi xəstəlikləri bulaşdırdığı səbəbiylə döymə etməyəqanuni məhdudiyyətlər gətirilməsi üçün işlər aparılır. Döymənin müxtəlif edilmə üsulları vardır.

Döymə növünün birində iti uclu sümükdən istifadə edilir. Belə ki, sümük dəriyə batırılır və açılan dəliklər boya ilə doldurulur. Hətta bu açılan dəliklərdən ip keçirərək də döymə etmək olar. Modern üsullarla edilən döymə isə bu növ döymələrə nisbətən daha ağrısızdır və sağlamlığa zərəri daha azdır. Günümüzdə döymədə istifadə olunan maşınlar sayəsində döymə dəri üzərində qələmlə şəkil çəkirmiş kimi asan və daha dəqiqdir. Müəyyən yaş dövründə hər birimizin döymə ilə bağlı arzusu olur, amma döymə haqqında hər birimiz kifayət qədər bilmirik. Döymə etdirən bir çox insan, tələsik və yadüşünmədən etdirdikləri döyməyə peşman olur.

Bu tip vəziyyətlərdə pis edilmiş ya da istənilməyən döymədən xilas olmaq üçün bir neçə tip üsul var. Məsələr Cover up vasitəsilə. Bu döymə sildirmə və ya döymənin başqa bir döyməylə örtülməsi əməliyyatınəticəsində döymə edilən bölgədə deformasiya meydana gələ bilər, lakin rəngli döymələrdətəhlükə daha azdır. Belə hallarla rastlaşmaqdan çəkinənlər, müvəqqəti döymə üsuluna əl atırlar.

Müvəqqəti döymə hind xınası və bir neçə kimyəvi maddənin qarışığıyla edilir, bədəndə qalmamüddəti təxminən 1 həftə ilə 10 gün arasındadır. Bu cür döymə rəng tonunu saxlamılr vətədricən silinir. Sadə bir əməliyyatdır lakin istifadə ediləcək vəsaitin doğru seçilməsi vacibdir.Çünki allergik reaksiya nəticəsində dərin, yanığa bənzər, qalıcı yaralara səbəb ola bilər. Bunagörə də ən mükəmməl seçim ömürlük və qəti qərar verilmiş döymədir.


Tarix: 26.11.2014 / 17:54 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Maraqlı Melumatlar
loading...