beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ordan burdan

*Banqladeşdə yaşı 15-dən yuxarı şagirdin başqasından köçürməyi sübut olunsa, həbs cəzası da ala bilər.
*Əsnəmək yuxu vaxtınızın gəldiyini yox, bədəninizin daha çox oksigenə ehtiyacı olduğunu göstərir.
*Makiyaj ləvazimatları balıq pulcuqlarından hazırlanır.
*Yatdığınız otaq nə qədər soyuqdursa, qarabasma görmə ehtimalınız da o qədər çoxdur.
*Hazırda hər 8 münasibətdən biri internet vasitəsilə başlayır.
*McDonalds 2007-ci ildə saniyədə 78 hamburger satıb.
*İsrail dövləti ilk prezident postunu Albert Enşteynə təklif edib, ancaq Enşteyn qəbul etməyib.
*Alma dişlərə koladan daha çox ziyan verir.
*Gündə 9 saatdan çox işləyən insanlar intihara və ağır depressiyaya 3 qat daha çox meyllidirlər.
*Parisdə itlərin sayı uşaqların sayından çoxdur.
*Kişilər qadınlardan daha yaxşı görmə, qadınlar isə daha yaxşı eşitmə qabiliyyətinə malikdirlər.
*Həftədə bir dəfə də olsa 45 dəqiqə qaçmaq ürək ritmini normallaşdırır və ürək xəstəlikləri riskini 40% azaldır.
*Hammurapi qanunlarına görə pivəyə su qatmaq qadağan olub. Bu qaydaya riayət etməyənlərə pivədə boğulmaq cəzası verirmişlər.
*«Kim milyonçu olmaq istəyər?” yarışında cəmi bir nəfər heç bir kömək olmadan qalib gəlib.
*Rusiya zooparkında yaşayan meymunlardan biri içki düşkünü olduğuna görə psixoloji müayinə alır. ))
*İnsan kosmosda ağlaya bilməz, çünki cazibə qüvvəsi yoxdur.
*Tanışlıqların ən çox başladığı mövsüm yaz, ayrılıqların ən çox rast gəlinən mövsümü isə payızdır.
*Keçmiş İngiltərə kraliçası Viktoriya ağrılarını azaltmaq üçün həkim məsləhəti ilə sarayın bağına əkdiyi marixuanalardan çəkirmiş.
*Mobil telefonu döş cibində gəzdirmək ürək ritmini pozur, infarkt riskini 20% artırır.
*» TİME" jurnalı 1982-ci ildə kompüteri "İlin adamı” seçib.


Tarix: 10.12.2014 / 18:25 Müəllif: Aziza Baxılıb: 133 Bölmə: Maraqlı Melumatlar