Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl Barmaqları - Şəxsiyyətinizin xəbərçisidi

Barmaq izi qədər barmaq uzunluğunun da əhəmiyyətli olduğunu bilirdinizmi?
Barmaq izi günahkarı, barmaqlar da şəxsiyyətə xas xüsusiyyətləri müəyyən edir. İngiltərədə nəşr olunan «Barmaq Kitabı»na (The Finger Book) görə əl barmaqları şəxsiyyətiniz haqqında ciddi işarələr verir. Kitabda qeyd olunan nüanslardan bir neçəsi haqda məlumat verim:
finger bookÜzük barmağı, işarə barmağından uzun olan bir insan;
— Həssas və ətraf mühitə tez uyğunlaşır.
— Risk etməkdən qorxmur.
— Normal bir insandan fərqli olaraq çox aqressiv olur.
— Musiqi qabiliyyəti malik olurlar.
— Ümumiyyətlə solaxay olur.
— Aktiv həyat tərzləri və başqalarının fikir və mənafelərinə biganə qalmaları ilə tanınırlar. — Futbol, Basketbol və uzun qaçış kimi idman növlərində müvəffəqiyyətli olur.

Üzük barmağı, işarə barmağından qısa olan bir insan;
— Ümumiyyətlə qadınlarda daha çox rastlanır.
— İnzibati işlərdə, ev dekorasiyası,bəzədilməsi və tibb sahəsində müvəffəqiyyətli olurlar.
— Gənc yaşlarda döş xərçənginə tutulma ehtimalı yüksək olur.
— Romantik və özünə qapanan, qorxuları və qayğıları olur.
— Şizofren olma ehtimalı yüksəkdir.

Üzük barmağı, işarə barmağına bərabər olan bir insan;
— Öz bildiyini edəndir.
— İnanmadıqları heç bir şeyi danışmırlar.
— Əsəblərini öz daxilində boğmağa üstünlük verirlər.
— Tez-tez olduqları mühitdən bezirlər.
— İnsanları inandırma qabiliyyəti yüksək olur

Kişilərdə üzük barmağının işarə barmağından uzun olması, testosteron ( kişilik hormonu ) səviyyəsinin yüksək olduğunun göstəricisidir. Əgər işarə barmağı, üzük barmağından uzunsa, bu da ostrojen ( qadınlıq hormonu ) səviyyəsinin yüksək olduğunu göstərir .


Tarix: 10.12.2014 / 17:44 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı Melumatlar
loading...