Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvanlar da yuxu görürlərmi?

Aparılan tədqiqatlar bəzi heyvanların yuxu gördüklərini təsdiqləyir. Məməli heyvanların böyük bir hissəsinin yuxu gördüyü çoxdan məlumdur. Əgər pişik, ya da it saxlayırsınızsa, yatarkən onların gözlərində, ağızlarında (hətta bığlarında) yuxu gördüklərinin əlamətlərini müşahidə edə bilərsiniz. Çox güman ki, onlar yaddaşlarında saxladıqları müxtəlif «vizual informasiyalardan» meydana gələn yuxular görürlər. Məməli heyvanlarla yanaşı, bəzi quş növləri də yuxu görürlər. Hətta məməlilər arasında yexidnadan başqa bütün heyvanların yuxu gördükləri müəyyən edilmişdir. Sürünənlərin yuxu görməməsi isə yuxunun sabit bədən temperaturu ilə (və ya başqa sözlə, istiqanlılıqla) bağlı olaraq inkişaf etdiyini göstərir.


Tarix: 10.12.2014 / 18:06 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Melumatlar
loading...