Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən asta köpək balığı

Bilirsinizmi ki, hansı köpək balığı ən asta üzən növlərdən sayılır?

Qrenlandiya qütb köpək balığı dünyada ən asta üzən balıqlardandır. Onun sürəti 2 km/s-dan çox olmur. Buna baxmayaraq, müəyyən olunub ki bu köpək balıqları özlərindən dəfələrlə sürətlə üzən suitilərlə qidalanırlar. Bu suitilər əsasən yatmış vəziyyətdə köpək balıqlarına yem olurlar. Onlar qütb ayılarından qorxaraq buz üzərində yuxuya getməkdən çəkinir və eyni zamanda su altında üzən asta köpək balıqlarının şikarına çevrilirlər.


Tarix: 10.12.2014 / 18:01 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Melumatlar
loading...