Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şotlandiya haqqında ən maraqlı faktlar

Ümumiyyətlə Şotlandiya haqqında məlumatlar yəqin ki çoxlarını maraqlandırır. Müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayan bir əyalətdir. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verir. Məhz bu zaman Birləşmiş Krallıq yaradılır.

1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Məhz bu ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyllərini gücləndirdi. Böyük Britaniyadan azad olmaq üçün növbəti referendum 2014-cü ildə keçirilmişdi.

Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Maraqlıdır ki, ABŞ və Kanada da yaşayan şotlandiyalıların da sayı məhz bu qədərdir.

Kürən insanların sayı Şotlandiyada daha çoxdur. Belə insanlar burada 13% təşkil edirlər.

Şotlandiyada küçə ilə qaçan qara pişiyi uğur əlaməti hesab edirlər. Əgər bu qara pişik sizin evinizin damındadırsa, onda evinizə bolluq və bərəkət gətirəcək.

Göldəki suyun həcminə görə Şotlandiyanın ən böyük gölü Loh-Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır.

Şotlandiya dağlılarının milli geyimi keltdir və görünüş baxımından ətəkləri xatırladır.

Şotlandiyanın iqlimi Böyük Britaniyanın digər ərazilərindən daha rütubətlidir. Təəccüblü deyil ki, məhz 1824-cü ildə şotlandiyalı rəssam, memar və dizayner Çarlz Makintoş yağışdan qorunmaq üçün plaş yaratmışdı.

Viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir.

1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilmişdir və bu zaman Şotlandiya və İngiltərə yığmaları qarşılaşmışdı.

Dünyada ən qısa aviareys də Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır. Bir uçuş zolağından baxdıqda digər adadakı uçuş zolağını asanlıqla görmək olar.


Tarix: 26.11.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqlı Melumatlar
loading...