beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rokfeller necə yaxşılaşdı?

Con Davison Rokfeller 43 yaşında ikən dünyanın ən böyük inhisarını - " Standart Oyl Kompani" -ni yaratdı.Lakin 53 yaşında ikən əsəb gərginliyi keçirib zəiflədi və mədə xəstəliyinə tutularaq, saçları vıə kirpikləri töküldü. Başı saçsız və qorxulu görünüşdə olduğu üçün parik taxmaq məcburiyyətində qalmışdı. Dünyada ən varlı insan olmasına baxmayaraq, hətta dilənçinin də imtina edəcəyi pəhriz yeməkləri ilə yaşayırdı.
Rokfelleri bu vəziyyətə salan nə idi? Pula elə bağlanmışdı ki, ticarətdə gəlir etdiyi zaman rəqs edir, şapkasını yerə atıb, ətrafında hərəkət edirdi. Lakin pul itirdiyi zaman xəstələnirdi. Bir dəfə Qreyt Leksin üzərindən 40 min dollar dəyərində buğda aparmışdı. Çox bahalı hesab etdiyinə görə 150 dollarlıq sığortanı qəbul etməmişdi.Həmin gecə Eria gölü üzərində müdhiş fırtına qopdu. Rokfeller, yüklədiyi ərzağı itirməkdən o qədər qorxurdu ki, o biri gün səhər şəriki Corc Qardner otağa gəldiyi zaman, onu otağında o başa, bu başa gəzdiyini gördü. Qardnerə: " Tez ol, əgər gec deyilsə, sığortanı imzalayıb - imzalamamağı aydınlaşdıraq" - dedi. Qardner tez bir zamanda şəhərə endi və sığortanı imzaladı. Lakin ofisə qayıtdığı zaman, Rokfeller daha əsəbi halda idi. Çünki həmin anda bir teleqraf almış və yükün fırtınadan xilas olaraq heç bir zərər çəkmədən lazımi yerə çatdığını öyrənmişdi. 150 dolları boş yerə xərcləmişdi. Bu səbəbdən xəstələnmiş və evə gedib yatmışdı. Halbuki onun gəliri minlərlə dollar idi. Lakin 150 dollar səbəbilə sanki həyatının sonu idi.

Heç kim onu sevmirdi. Hətta onun qardaşı da ona nifrət edirdi. Şəxsi həyatı təhlükə altında idi. Artıq şəkilləri hər yerdə ticarət həyatənda məğlub olan rəqibləri tərəfindən ayaq altına atılırdı. Belə ki, bütün bunlara görə səhhəti pisləşmişdi. Nəhayət həkimlər onu şok vəziyyətinə salacaq xəbəri bildirdilər. Artıq iki yoldan birini seçməli idi: Ya pulunu və məyusluqlarını, ya da həyatını... Bu haldan çıxmayacağı təqdirdə öləcəyini bildirdilər.
Rokfeller, həkimlərin tövsiyəsi ilə işindən imtina etdi və özünə diqqət etmək fürsəti əldə etdi. Başqa insanlar haqqında da düşünməyə başladı. Yəni ilk dəfə nə qədər gəlir əldə edəcəyini bir yerə qoyub, pulu ilə bəşəriyyətə necə xidmət edəcəyi ilə maraqlanmağa başladı.

Ən əvvəl məbədlərə pul göndərməyə başladı. Miçiqan gölünün ətrafında kiçik bir kollecin pul çatışmamazlığı səbəbilə bağlanma təhlükəsi olduğunu öyrəndikdə, milyonlarından bir qismini sərf edərək, onu bugünkü Çikaqo universiteti halına gətirdi.
Zəncilərə kömək etməyə çalışırdı. Tuskeqi adlı zənci kollecinə də böyük məbləğdə yardım etdi. Çəngəl qurdu adlanan mikroblara qarşı aparılan mübarizəyə qoşuldu. Həmin mikrob haqqında mütəxəssis olan Çarlz həmin xəstəlikdən bir xəstəni xilas edəcəyini, lakin bunun pulunu kimin verəcəyini dediyi zaman, pulu Rokfeller ödədi. Bu xəstəliyə qarşı milyonlarla dollar sərf edərək, böyük bir təhlükənin qarşısını aldı.
Belə ki, bütün bunlardan sonra Con Rokfeller, insan haqqında düşündüyü və onların mənafeyi naminə çalışdığı üçün, zehnində və qəlbində rahatlıq tapdı. Bəli, nəhayət razı və xoşbəxt oldu. 53 yaşında pul hərisi Rokfeller, ölümlə üz-üzə qaldığı zaman, insanlar haqqında düşünüb xeyriyyəçilik məqsədilə pul xərcləməyə başladıqda, həyatı dəyişdi və 98 yaşına qədər yaşadı.


Tarix: 26.11.2014 / 11:00 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı Melumatlar