beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Milyarderlər" yetişdirən universitetlər

Görəsən milyarder olmaq üçün yüksək savad daha vacibdir, yoxsa tacirlik qabiliyyəti? Statistikaya əsasən dollar milyarderlərının üçdə ikici universitet məzunudur. Bu o deməkdir ki, hətta ali təhsilin geniş yayıldığı ölkələrdə belə universitet məzunu olan milyarderlərin xüsusi çəkisi qalan məzunlara nisbətən kifayət qədər yüksəkdir.
Britaniyada hər 5 milyarderdən 4-nün ali təhsili var.
Super-zənginlərin savad dərəcəsi barədə məlumat İsveç bank qrupu ilə Sinqapurda mənzillənən maliyyə araşdırmaları şirkətinin hazırladıqları "Wealth-X and UBS Billionaire Census” adlı illik hesabatından götürülüb.2,300 milyarderin tərcümeyi halı ali təhsilli insanların var-dövlət toplamaqda daha şanslı olduğunu aşkar edib.
Hesabata əsasən, "sıravi" milyarder böyük ehtimalla universitet məzunudur, hər 4 milyarderdən biri universitetdən sonra elmi dərəcə almaq üçün təhsilini davam etirib, hər 10 milyarderdən birinin doktor elmi dərəcəsi var.Yeni araşdırma milyarderlərin dünyanın qabaqcıl universitetlərində təhsil aldığını göstərib. Milyarderlərin çıxdığı ilk 20 universitetdən 16-ı ABŞ-ın elit ali məktəbidir.

Elit institutlar
Ən çox sayda milyarder məzunu olan ABŞ-ın Pensilvaniya Universitetidir. Milyarder "buraxan" top-20 institut siyahısında sonrakı yerləri ABŞ-ın Harvard, Yale, Southern California, Princeton, Cornell və Stanford universitetləri tutur.
Milyarderlərin əksəriyyətinin pulu investisiya-maliyyə layihələri və bankçılıqdan çıxıb.Təhsillə yanaşı onun coğrafiyasının dəyişməsinə dəlalət edən əlamətlər də nəzərə çarpır.Milyarderlər "buraxan" universitetlərin çoğrafiyası dəyişməkdədir. Belə ki, Mumbay Universitetinin top-20 institut siyahısında 9-cu yerə çıxması Hindistan iqtisadiyyatının yüksəlişdə olmasını əks etdirir.
Həmin siyahıda Britaniya yalnız bir ali məktəblə təmsil olunub. Bu, "London School of Economics” (LSE) universitetidir.
LSE Mumbay Universitetindən sonra 10-cu yerdə qərarlaşıb.
Siyahıda nə məhşur Cambridge, nə də ki, Oxford üniversitetlərinin adı var.
Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin top-20 institut siyahısında 11-ci yeri bu ölkədə super-zəngilərin sayının artmasına dəlalət edir.
ABŞ universitetləri siyahıda üstünlük təşkil etsə də, həmin üniversitetləri bitirən milyarderlərin 25%-dən çoxu ABŞ vətəndaşı deyil, universitetdən sonra elmi dərəcə üçün təhsilini davam etdirənlər arasında isə belələrinin sayı 39% təşkil edir.

Universitetə ianələr
Bir qayda olaraq "sıravi" milyarder bitirdiyi institutla əlaqəsini kəsmir, doğma təhsil ocağına vaxtaşırı xeyriyyə dəstəyi göstərir.
Ümumiyyətlə, milyarder xeyriyyəçilik edirsə, ianaləri böyük ehtimalla ali təhsil sahəsinə yönəldir.
Hesabata əsasən super-zənginlərin yaşamağa üstünlük verdikləri məkanların çoğrafiyası nisbətən dardır - onların 40 faizi Moskva və London başda olmaqla Avropanın cəmi 10 şəhərində yaşayır.
Dünya üzrə ən şox sayda milyarderlərə malik olan şəhər isə Nyu Yorkdur.
Hesabat müəyyən təzadlara da işıq salır: Afrikada milyarderlərin sayına görə irəlidə gedən Nigeriya eyni zamanda təhsil almaq imkanı olmayan uşaqların sayına görə də qitənin lideridir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırması da daxil olmaqla bir neçə təhqiqata əsasən ali təhsil gələcəkdə yüksək məvacibli iş tapmaq şansını artırır.
Sosilogiya sahəsinə elmi araşdırmalar müəllifi, professor Frank Furedi deyir ki, dünya üzrə elit universitetlərlə yerdə qalan ali məktəblər arasında uçurum getdikcə dərinləşməkdədir.
Nüfuzlu universitetlər "qlobal oyunçuları cəlb edən” məkana çevrilib, Frank Furedi qeyd edir.

Ən çox milyarder məzunu olan universitetlərin siyahısı
1. Pensillvaniya Universiteti
2. Harvard Universiteti
3. Yale Universiteti
4. Southern California Universiteti
5. Princeton Universiteti
6. Cornell Universiteti
7. Stanford Universiteti
8. University of California, Berkli
9. University of Mumbai
10. London School of Economics Universiteti
11. Lomonosov adına Moskva Dövlət Universiteti
12. University of Texas
13. Dartmouth College Universiteti
14. University of Michigan
15. New York Universiteti
16. Duke Universiteti
17. Columbia Universiteti
18. Brown Universiteti
19. Massachusetts Institute of Technology
20. ETH Zurich Universiteti


Tarix: 22.11.2014 / 21:54 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Maraqlı Melumatlar