beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təsviri sənətin nəzəriyyəsi növləri və janrları

İncəsənət ictimai şüurun formalarından biridir. İncəsənət insanın mənəvi aləminin onun həyata bədii estetik münasibətin ifadəsidir və nəhayət, incəsənət həyatın bədii əksidir. İncəsənətin müxtəlif növləri məlumdur. Məsələn, memarlıq, heykəltaraşlıq, xalçaçılıq, teatr, ədəbiyyat, kino, aktyor sənəti və s. Bunların arasında 4-ü təsviri sənətə aiddir.

1. Boyakarlıq
2. Qrafika
3. Heykəltaraşlıq
4. Dekorativ-tətbiqi sənət
1. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdən ibarətdir. Onu müxətlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda işlənilən heyvan və insan təsvirlərindən tutmuş, ən müasir ictimai binaların monumental təsvirlərini bəzəyir. Divar rəsmlərinin işlənməsi zamanı müxtəlif bədii texniki materiallardan və üsullardan istifadə olunur. Bunlardan biri mozaika üsubudur ki, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülməsindən ibarətdir. Qədim zamanlarda mozaika üslubundan hovuzları bəzəmək üçün istifadə edirdilər. Bundan başqa freska adlı başqa bir texnika vardır ki, nəm deməkdir. Divarın nəm suvağına sulu boyalarla işlənmə texnikasıdır. Boyakarlığın ən feniş yayılmış forması dəzgah boyakarlığıdır. Kətan və ya ağac üzərində yağlı boyalarla işlənilən belə əsərlər molbert adlanan xüsusi dazgahda yaradılır. Monumental boyakarlıq əsərindən fərqli olaraq dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdən asıla bilər. İncəsənət əsərləri müxətlif janrlara bölünür:
1. Tematik tablo janrı- dini əsərlərə, əfsanələrə, yaxud, rəvayətlərə işlənmiş əsərlər aiddir.
2. Batal janrı- bu mövzuya hərb səhnələrini təsvir edən və müharibə təsvirləri olan əsərlər aiddir.
3.Mənzərə janrı- bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Peysaj- fransız sözü olub, "hüdudlanmış ərazi" deməkdir. Məsələn, çay plantasiyası, üzüm tarlası, pambıq sahəsi, taxıl sahəsi və s. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssam Ayvazovski, Surikov, Repin.
4.Məişət janri- xalqın gündəlik yaşayış tərzi, onların həyatı haqqında məlumat verir. Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı mühüm yer tutur. Varlı evində toy, Kasıb evində toy, varlı evində Ramazan bayramı, kasıb evində Ramazan və s. Ə.Əzimzadə həm də Azərbaycanın karikaturçu rəssamı olmuşdur. M.Ə. Sabirin bütün əsərlərinə illüstrasiyalar işləmişdir.
5.Portret janrında konkret şəxslərin təsvirləri verilir.
6. Natürmort janrı cansız təbiət deməkdir. Bura ovlanmış quşlar, gül dəstələri, məişət əşyaları aiddir.

2. Qrafika. Təsviri sənətin növlərindən biridir. Burada dərin texniki üsullarla işlənmiış rəsmlər daxildir. Yunanca "qraphike" sözündən götürülmüş, "rəsm, şəkil" deməkdir. Qrafika üsulu ilə portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın işlənmə texnikası 2 hissəyə ayrılır. Onlardan birincisi ən qədim və ənənəvi rəsmdir. Karandaş rəsmi əsasən kağızda, bəzən isə parça üzərində işlənilir. Bu rəsmlər yalnız bir nüsxədə yaradılır. Qrafikanın ikinci növü qravürdür. Rəsm yalnız vahid nüsxədə olursa, onda eyni keyfiyyətdə bir-neçə nüsxə almaq mümkündür. Qravür çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium aiddir. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra büsma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş qravür. Litoqrafiya, ağac üzərində həkk olunmuş qravürə isə ksiloqrafiya, lito yunanca daş, ksilo yunanca ağac deməkdir. Nisbətən sonralar yaranmış linoqravür lindekmu qazmaqla işlənilir. Qrafikanın müxtəlif janrları var: 1. Kitab qrafikası. Kitabın tərtibatı məsələsini həll edir. 2. Dəzgah qrafikası. Əsər bir nüsxədə yaradılır və bundan bir neçə almaq mümkündür. 3. Elmi-tədqiqat qrafikası. Bura elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri aiddir. 4. Plokat qrafikası. Bir şəxsin ideya və fikirlərini kütləvi şəkildə xalqa çatdırmaqdan ibarətdir. Məsələn, Mən fəxr edirəm ki, Azərbaycanlıyam. 5. Sənaye qrafikası. Məhsulun tərkibini, onun əlamətlərini bildirir. Məsələn, açıqcalar, dəvətnamələr, sənaye məhsulları, paltar etiketləri və s. ola bilər.

3. Dekorativ-tətbiqi sənət. Dekorativ-tətbiqi sənət dekorativ sənət növüdür. Əsasən məişətdə işlədilmək üçün bədii məmulatlar hazırlayan yaradıcılıq sahələrini əhatə edir. Müxtəlif avadanlıq, mebel, xalça, əmək alətləri, paltar, hər cür bəzək əşyaları dekorativ sənət nümunəsi ola bilər. Dekorativ sənət əsərləri hazırlandığı materiala və işlənmə texnikasına görə (oyma, tikmə, basma, naxış) müxtəlif sahələrə ayrılır. Dekorativ-tətbiqi sənət əsərlərinin naxış, bəzək və rəsmlərində məxsus olduğu xalqın mənəvi aləmi, yaşayış tərzi, adət və ənənələri əks olunur. Dekorativ sənət ən geniş yayılmış plastik sənət növüdür. Bura düluzçuluq, memarlıq, dizayn kimi dekorativ sənətdə insanların yaratdığı maddi mühitin bədii cəhətdən formalaşmasına xidmət edir və estetik keyfiyyətlər aşılayır. Monumental dekorativ sənət (fasad və interyerləti bəzəyən memarlıq dekorları, divar naxışları, vitraj, mozaika, eləcə də park heykəltaraşlığının yaradılması) dekorativ-tətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şənliklərinin, muzey və sərgi ekspozisiyalarının, vitrin və s. bədii tərtibatı) sahələrinə bölünür.

4. Heykəltaraşlıq. Təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın boyakarlığa nisbətən imkanları məhduddur. İndiyə qədər əsasən 2 cür heykəl məlumdur: 1-ci qisim heykəllərə həcmli və ya dəyirmi heykəllər deyilir. Bunlara hər tərəfdən baxmaq mümkündür. 2-ci qisim heykəllərə isə relyef heykəllər deyilir. Relyef 2 hissəyə ayrılır. 1. Barelyef, basrelyef sözündən götürülmüş alçaq relyef deməkdir. 2. Qorelyef, haut relyef sözündən götürülmüş yüksək relyef deməkdir. Heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. 1. Monumental 2. Dekorativ 3. Dəzgah heykəltaraşlığı. 4ş Monumental heykəltaraşlıq. Əsərləri açıq havada qoyulur. Böyük şəhərlərin meydanlarnda bəzən isə ictimai-binaların daxilində qoyulur. Dekorativ heykəllər əsasən memarlıq abidələrinin bəzəldilməsinə xidmət edir. Onlar orta əsrlərdən bu günə kimi parkları, bağları, fəvvarələri bəzəyir. Memarlıq abidələri ilə bağlı olmayan park və fəvvarələrin bəzədilməsi üçün nəzərdə tutulmayan, əsasən muzeylərdə nümayiş olunan heykəllər dəzgah heykəltaraşlığına aiddir. Heykəltaraşlıq əsərinin hansı materialda və hansı texnikada hazırlanmasının böyük əhəmiyyəti var. Adətən, heykəllər gil, ağac, plastilin, mum, metal və s. hazırlanır.


Tarix: 08.12.2014 / 17:28 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)