beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xallı kəpənək (kitab)

"Xallı kəpənək" - Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu. Kitabın redaktoru professor, şair Ənvər Əhməddir.

Məzmun

Kitabda yazıçının son illərdə qələmə aldığı lətifə və hekayələri toplanmışdır. Hekayələrin bir qismində ("Səbihə Göyçən", "Yazı işi", "Xallı kəpənək") Mustafa Kamal Atatürkün övladlığa götürdüyü Səbihə Göyçən və Ülkü ilə bağlı sərgüzəştləri, böyük türkün uşaqlara necə qayğı və məhəbbətlə yanaşdığı, onların açıq fikirli, müstəqil, şən, xoşbəxt, savadlı və mənəvi baxımdan saf böyümələri üçün necə əmək sərf etdiyi parlaq boyalarla təsvir olunur.

Digər hekayələrin bir qismi ciddi, əksəriyyəti yumoristik səpgidə yazılmışdır. Hekayələrin bəzilərində insanlar arasındakı saf, səmimi münasibətlər təqdir edilir, bəzilərində sadəlövhlüyünə və avamlığına görə adamların necə əzab çəkdikləri göstərilir, bəzi əsərlərdə paxıllıq, acgözlük, xəbislik, lovğalıq, xudpəsəndlik, hədsiz israfçılığa yol verilən, insanların ciblərini soyan toylar tənqid olunur, eyni zamanda camaata sərfəli olan yeni toy variantı təklif olunur.

Kitab yeniyetmə və gənclər üçün nəzərdə tutulmuşdur.


Tarix: 15.03.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Kitablar elm