Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vikipediya. Virtual ensiklopediya (kitab)

Vikipediya. Virtual ensiklopediya — Vikipediyanın yaranma tarixinə, hazırkı vəziyyətinə və mövcud problemlərə həsr olunmuş kitab.

Ümumi məlumat

2010-cu ildə ilk dəfə nəşr olunan “Vikipediya. Virtual ensiklopediya” kitabında Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında məlumat verilir, mövcud problemlərə toxunulur. Kitabda ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Eyni zamanda, Vikipediya fəlsəfəsi, Vikipediya layihəsini idarə edən Vikimedia Fondunun fəaliyyəti və Vikipediyanın törəmə layihələri haqqında geniş məlumat verilir. Kitabda Vikipediyada məqalələrin yaradılması qaydalarına və ensiklopediyada qəbul olunmuş ümumi şablonlara həsr edilmiş məlumatlar da mövcuddur ki, onlardan istifadə etməklə sərbəst, müxtəlif mövzulara həsr edilmiş məqalələr yaratmaq və redaktələr etmək mümkündür. “Vikipediya. Virtual ensiklopediya” kitabında, həmçinin Vikipediyada baş verən informasiya müharibələri haqqında da geniş danışılır, bununla bağlı problemlər açıqlanır və İnternet mühitində fəaliyyət göstərən digər populyar ensiklopediyalar haqqında da zəruri məlumatlar verilir.


Tarix: 15.03.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Kitablar elm
loading...