beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamlet İsaxanlı. Biblioqrafiya

2010-cu ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüş "Biblioqrafiya. Hamlet İsaxanlı. Alim, Qurucu, Şair" kitabı.[1]

Kitab ikidillidir, eyni məlumatlar əvvəlcə azərbaycanca, sonra isə ingiliscə verilmişdir. Azərbaycan variantında əsərlərin siyahisi orijinal dildə (azərbaycan, rus, ingilis və digər dillərdə), ingilis variantında isə hər biri ingiliscəyə tərcümədə verilmişdir.Mündəricat
1 Tərtibçidən
2 Kitab üzərində işləyənlər
3 Hamlet Abdulla oğlu İsaxanlı (İsayev)
4 Biblioqrafiya
5 Mənbə
6 Həmçinin bax
7 Xarici keçidlər


Tərtibçidən

Bu Biblioqrafiya professor Hamlet İsaxanlının 1973-2009-cu illərdə yazdığı əsərlərini əhatə edir. Kitaba Hamlet İsaxanlının 37 il ərzində yazdığı elmi və publisistik yazıları, ölkədaxili və beynəlxalq konfranslardakı məqalə və tezisləri, redaktoru olduğu əsərlər, tərcümələri, rəhbərlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında məlumatlar daxil edilmişdir. Xarakterinden və məzmunundan asılı olmayaraq kitaba daxil edilmiş bütün materiallar dərc edildiyi dildə və xronoloji ardıcıllıqla verilmişdir.

Biblioqrafiyada Hamlet İsaxanlının müxtəlif kitab, qəzet və jurnallarda dərc olunmuş yazılarının tam siyahısını təqdim etmək mümkün olmayıb. Bu, xüsusilə müəllifin riyaziyyatla əlaqədar olmayan əsərlərinə aiddir. Bununla belə, ümid var ki, hazırkı biblioqrafiya müəllifin əsas əsərlərini əhatə edir.

Kitab üzərində işləyənlər
Redaksiya Heyəti: İsaxan İsaxanlı (PhD), Tatyana Zaytseva (PhD), Lyudmila Sotova
Tərtibçi: Səbinə Əlimərdanova
Tərcüməçilər: Eldar Şahgəldiyev (PhD), Hafiz Əliyev
Korrektor: Martha Lawry
Dizayn: Rafiq Əbdülrəhimov
Kompüter işi: Zakir Yusifoğlu

Hamlet Abdulla oğlu İsaxanlı (İsayev)

Bu hissədə Hamlet İsaxanlının həyat və yaradıcılığı haqqında aşağıdakı mövzular üzrə qısa məlumat verilir.
Riyaziyyat
Humanitar və Sosial elmlər üzrə tədqiqatları. Poetik və bədii-publisistik yaradıcılığı
Təhsil islahatları
Xəzər Universitəsi (təsis və prinsiplər)
Xəzər Universitəsi (inkişaf)
İctimai və elmi-təşkilati iş
Şəxsiyyət
Nəsil və ailə
Hamlet İsaxanlının həyat və fəailiyyəti haqqında əsərlər

Biblioqrafiya

Kitabın bu əsas hissəsi aşağıdakı fəsillərdən ibarətdir:
Hamlet İsaxanlının əsərlərinin biblioqrafiyası
Hamlet İsaxanlı haqqında yazılan əsərlərin biblioqrafiyası
Elmi rəhbəri və ya elmi məsləhətçisi olduğu şəxslər və dissertasiyalar
Hamlet İsaxanlının təsisçisi, redaktoru və ya redaksiya heyətinin üzvü olduğy jurnallar
Hamlet İsaxanlının çap olunmuş əsərlərinin və redaktoru olduğu əsərlərin əlifba göstəriciləri
Hamlet İsaxanlı haqqında məqalələrin əlifba göstəriciləri


Tarix: 14.03.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Kitablar elm