beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daşkənd və daşkəndlilər (kitab)

Daşkənd və daşkəndlilər — Göyçə mahalı Basarkeçər rayonu Daşkənd kəndi haqqında tarixi, coğrafi məlumatlar, ailə başçılarının 2012-ci ilə olan siyahısı və telefon nömrələri[1].Mündəricat
1 Kitab haqqında
2 Kitabda məqalələri çap olunan müəlliflər
3 Kitabda şeirləri çap olunan aşıq və şairlər
4 Mənbə
5 İstinadlar


Kitab haqqında

Kitabın ideya müəllifi və məsləhətçisi Rüstəm Dastanoğlu, tərtib edəni və redaktoru Araz Yaquboğlu, toplayanı isə Əfəndi Babayevdir.

Bu kitabda tarixi Azərbaycan ərazisi olan Göyçə mahalında yerləşən Daşkənd kəndinin tarixi və coğrafiyasına aid məqalələr, Göyçə aşıqlarının, bu kəndin məşhur qələm sahiblərinin xalqımıza, Göyçə və Daşkəndə həsr olunmuş şeirləri də öz əksini tapmışdır.

Bununla yanaşı, kitabda yaşadıqları şəhər və rayonlar üzrə olmaqla Daşkənddən olan bütün ailə başçılarının əlifba sırası ilə siyahısı, ev və mobil telefon nömrələri verilmişdir.

Kitabda məqalələri çap olunan müəlliflər
Rüstəm Dastanoğlu, "Ön söz əvəzi"
Yavər Qocamanov, "Daşkənd kəndi haqqında coğrafi məlumat"
Xasay Zeynalov, "Göyçə mahalının Daşkənd kəndi"
Araz Yaquboğlu, "Daşkənd kəndi ilə bağlı araşdırma"
Araz Yaquboğlu, "Bərdə rayonundakı Yeni Daşkənd kəndi"

Kitabda şeirləri çap olunan aşıq və şairlər
Aşıq Alı
Aşıq Ələsgər
Növrəs İman
Zodlu Usta Abdulla
Şair Məmmədhüseyn
Aşıq Nəcəf
Alqayıt
Həsən Xəyallı
Aşıq Hacı Göyçəli
Aslan Məmmədsadiqoğlu
Qəmgin Fəzi
Sərraf Şiruyə
Xasay Zeynalov


Tarix: 14.03.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Kitablar elm