beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Coğrafiyadan məsələlər (kitab)

Coğrafiyadan məsələlər kitabı - Kitabın müəllifi Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb liseyin coğrafiya müəllimi, Respublikanın Əməkdar Müəllimi, 2008/2009 tədris ilinin “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Rəna Həsənovadır.

Kitab haqqında

Abituriyentlər üçün nəzərdə tutulan kitab, təhsildə ilk və yenidir. Bu kitab coğrafiya fənnində istifadə olunan məsələlərdən ibarətdir. Vəsait yeni tədris proqramları və dərsliklər əsasında hazırlanmışdır. Сoğrafiya elmində riyazilik həmişə öz əksini tapmışdır. Bu vəsaitin müsbət cəhətlərindən biri də onun coğrafiyanın müxtəlif bölmələrinə aid məsələlərin mahiyyətini açıb və həlli yollarını göstərməsidir. Abituriyentlər üçün praktiki əhəmiyyət kəsb edən bu vəsait qəbul imtahanına hazırlaşarkən çox faydalı olacaq vəsaitdir.

Coğrafiyadan çalışmalar kitabı ümumtəhsil məktəblərinin aşağı və orta siniflərində dərs proqramları və vəsaitləri pilləlik prinsipi üzrə - aşağı siniflərdə ötəri, bəsit şəkildə öyrədilənlərin yuxarı siniflərdə nisbətən dərindən öyrədilib mənimsədilməsi prinsipi əsasında tərtib olunub.


Tarix: 14.03.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 908 Bölmə: Kitablar elm