beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Adam” məfhumu

Bibliya antropologiyasında korporativ yaxud toplu şəxs konsepsiyasının xüsusi yeri vardır. Əhdi-Ətiqdə bir nəfər çox vaxt qrup, tayfa, xalq mənasında işlənir. Bu yolla xalqların, millətlərin, bütün bəşəriyyətin vəhdətinə iman ifadə olunur.

Adəm (ibranicə אדם “adam”) təkcə tarixi bir şəxsiyyət deyil, bütün bəşəriyyəti təmsil edən “adam” olaraq başa düşülə bilir. İbrani dilində “Adəm” və “adam” eyni sözdür. "Adam" sözü Əhdi-Ətiqdə çox vaxt toplu isim olaraq işlənir. Buna misallar:

“Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı (ibranicə אדם adam) yaradaq. Qoy o (ibranicə əvəzlik yoxdur), dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin (ibranicə וירדו ve-yiredu “hökmranlıq etsinlər” feli cəm formasında işlənmişdir)»”.[9]

“Rəbb adamları (ibranicə את־האדם et-ha-adam “adamı” – tək formasında) çox uzaqlara sürgün edəcək, ölkənin çox yerləri viran qalacaq”.[10]

Kilsə ataları arasında da Adəmi belə obrazlı şəkildə anlayan və şərh edənlər olub. Müqəddəs Nissalı Gregorius «De hominis opificio» risaləsində Adəmi bütün bəşəriyyətin təcəssümü olaraq təsvir etmişdir.[11] Müqəddəs Avqustin Adəmi "bütün bəşəriyyət” (totum genus humanum) adlandırırdı. Nazianzlı Qregorios, Misirli Makarios, Yeni ilahiyyatçı Simeon kimi məşhur və möhtərəm kilsə atalarının əsərlərində də Adəm ilə bəşəriyyətin eyni mənada qəbul edildiyini görmək olar.


Tarix: 12.03.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Kilseler