beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fikrini oxuya bilmərəm, unutma, mən qadın deyiləm

Amerikan həkim Bob Qrant kişilərin ən çox düşündüyü, ağıllarından tez-tez keçirdiyi 20 fikri paylaşıb.

Seks üçün hər şeyi edərəm; hətta həyatımı sənə bağışlayaram.
Səninlə dava etməkdən nifrət edirəm. Ortaq yolu tapmağın tərəfdarıyam.
Uzun saç sevirəm. Təəssüf edirəm, amma elədir.
Həqiqəti bilmək istəmirsənsə, xahiş edirəm, məndən necə göründüyünü soruşma.
Aramız pis olanda gözüm başqa qadınlarda olur.
Səni xoşbəxt edə bilmirəmsə, özümü kişi kimi hiss etmirəm.
Fikrini oxuya bilmərəm, unutma, mən qadın deyiləm.
Dəbi yaxşı bilə bilərsən, digər qadınların xoşuna gəldiyi kimi geyinməkdənsə, mənim zövqümə uyğun geyinsən yaxşı olar.
Əgər saçlarım tökülürsə, bu, gülməli deyil. Sənə çəkinlə bağlı zarafat etməyimi istəyərsən?
Kömək etmək istəməyəndə kiminsə “belə et, belə lazımdır” deməyindən nifrət edirəm. Sən anam deyilsən.
Əgər hamilə qalsan, səninlə evlənə bilərəm, amma daha istəksiz edərəm bunu.
Hörmət mənim üçün sevgidən daha vacibdir.
Düşündüyündən daha etibarsızam. Niyə sənin etibarına bu qədər ehtiyacım olduğunu düşünürsən?
Mən pis olanda səs tonuna qarşı çox həssas oluram. Necə dediyin nə dediyindən vacibdir mənə.
Komplimentlərimi kəsməyindən nifrət edirəm. Bu xasiyyətin məni kompliment deməkdən tamamilə soyudur.
Cütlük olaraq bir yerə gedəndə bütün kişilərin məni qısqanmağını istəyirəm. Xahiş edirəm, mənə baxmağı yaddan çıxarma.
Köhnə sevgililərinin adını belə eşitmək istəmirəm, nə olursa-olsun.
Nə düşündüyümü paylaşmaq istəmirəmsə, bunun səbəbi söhbətimi böləcəyini bilməyimdir.
İndicə geyindiyim paltara baxıb: “Bunu geyinəcəksən?”,- demə.
Kişi harada olur-olsun qadını tərəfindən hörmət görmək istəyir. Aralarında fikir ayrılığı olduğu halda belə.


Tarix: 28.11.2014 / 13:41 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Kişiler haqqında