beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıllı kişilər

Bu kişini əldə etmək çox çətindir. Çünki nə istədiyini və məqsədlərini çox yaxşı bilir. Duyğularını və məntiqini çox yaxşı idarə etməyi bacaran kişilər tez təslim olmur. Müdrik və ağıllı olduğu üçün qarşısında boş bir qadın görmək istəmir.

Belə kişilər müzakirə aparan və söz dueli edə bilən qadınlardan xoşlanır. Davamlı diqqətdən sıxılır. Buna görə də qadının davamlı olaraq hisslərini danışmasından narahat olurlar. O sevginizi sizin davranış və hərəkətlərinizdən başa düşür. Ağıllı kişilər baxımlı və sadə olurlar. Onun üçün gözəllik çox vacib bir qavramdır. Günlük münasibətlərdən qaçar. Evlənməsə belə uzunmüddətli münasibətlərin tərəfindədir.

Ağır, ciddi və lazım olanda zarafat etməyi bacaran qadınlardan xoşlanırlar. Özü də yüksək yumor hissinə malik olur. Buna görə də qadının zərif olması ilə yanaşı, zarafatcıl olmasının tərəfdarıdır. Səssiz və keyfiyyətli restoranlarda yemək yemək, bahalı içkilərdən dadmaq və həftə sonları idmanla məşğul olmaqdan xoşlanırlar.

Gecə həyatı müəyyən çərçivədədir. Onu asanlıqla cəmiyyət və insanlar arasında görmək mümkün deyil. Bütün həyatını planlı şəkildə yaşadığı üçün proqramlı insan olur. Buna görə də sizdən də eyni şeyi istəyə bilər. Çox çətin bağlana bilər lakin bağlandığı zaman çox aşiq olarlar. Evliliyə və ailə qurmağa istəklidirlər.


Tarix: 28.11.2014 / 13:12 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Kişiler haqqında