beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəylərin diqqətini çəkən ilk 4 amil

Bəylərin bir xanımda ilk olaraq diqqət edib, şərh etdikləri davranışlar:

Dostlarınız — Bəylə görüşə zövqlü geyinib, maraqlı bir söhbət aça bilərsiniz. Öz gülüşünüzdən istifadə edərək bəyi cəlb edə bilərsiniz. Lakin, dostlarınızla bağlı məsələdə əlinizdən heç nə gəlməz. Bəylər dostlarınıza, aranızdakı münasibətə xüsusi olaraq diqqət edər və sizin şəxsi keyfiyyətlərinizin məhz dostlarınızda əks olunduğuna inanarlar.

Gülüşünüz — Bəylər əyləncəli xasiyyətləri ilə qürur duyarlar. Bu səbəbdən də zarafatlarını anlaya biləcək xanımla birlikdə olmaq istəyərlər. Yenə də onun yanında yüksək şəkildə gülməkdən çəkinin. Bu, sizi bir az "yüngül" göstərə bilər.

İçki seçiminiz — Şərab, kokteyl və ya meyvə suyu içməyinizin heç bir fərqi yoxdur. Vacib olan seçiminizi maraq doğuran bir səbəbinin olmasıdır.

Mobil telefonunuzu işlətmə vərdişiniz — Bəyin yanında olarkən telefona mesaj gəldiyi halda davranışınız gələcəkdə sevgili olduğunuz təqdirdə onun mesajlarına olan münasibətinizdən bir siqnal verə bilər.


Tarix: 21.05.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 494 Bölmə: Kişiler haqqında