beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həkimlər kişilərdə saç tökülməsinin səbəbini açıqlayıb

Amerika alimləri iddia edirlər ki, onlar kişi dazlaşmasının səbəbini dəqiqləşdiriblər. "Journal of Clinical Investigation" nəşrində dərc edilən məqalədə,
ekspert qrupu öz araşdırmaları barədə məlumat yayımlayıblar. Onlar belə hesab edir ki, iş köhnə saçların yerinə çıxan yeni saçların çatışmamazlığında deyil.
BBC - nin verdiyi məlumata görə alimlər, dazlaşmadan şikayət edən xəstələrin saç köklərinin eynilə sağlam insanlardaki kimi olduğunu təsbit ediblər. Lakin gövdə hüceyrələrinin nöqsanından, yeni çıxan tüklər mikroskopla görünə bilən qədər xırda çıxır.
"Bu gövdə hüceyrələrinin aktivliyində mövcud olan problemlərə dəlalət edir. Nəticədə hüceyrələr transformasiya olunaraq dazlaşmaya səbəb olur",-deyə araşdırma dəstəsinin rəhbəri Corc Kostarelis bildirib.
Ekspertlər inanırlar ki, onların araşdırması xüsusi krem hazırlamağa şərait yaradacaq. Onlar bu kremin vasitəsilə gövdə hüceyrələrinə təsir edərək, başda normal saçların çıxmasını bərpa edəcəklər.
Dazlaşmanın meydana gəlmə səbəbləri hələlik dəqiq məlum deyil, lakin ekspertlər belə hesab edir ki, bu testosteron kişi hormonları ilə əlaqədardır. Bundan əlavə, dazlaşma adi hallarda nəsillikcə ötürülür.


Tarix: 23.11.2014 / 21:27 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Kişiler haqqında