beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mətbəxə ilk dəfə girən kişilər üçün məsləhətlər

Bu vaxta kimi mətbəxə yalnız su içmək üçün gedən kişilərə birdən birə yemək hazırlanması tapşırılarsa, sizcə nə baş verər?
Amma məşhur kişi aşpazların bu məsləhətlərinə əməl etsəniz, hazırladığınız yeməklərlə ev əhlini təəccübləndirəcəksiniz.

Kitab və saytlardan faydalanın: amma əsla çətin yeməklər bişirməyə çalışmayın. Başlanğıc üçün omlet, makaron və qızartmalara üstünlük verin.

Soyuducunuzda hazır souslar olsun. Adi makaron belə bişirsəniz, sousla dad və görünüş verə bilərsiniz.

Ədviyyatların gücünə inanın. Sadə ət belə qızartsanız, mərzə, pul bibər və bu kimi ədviyyatlardan istifadə edərək iştaha açıcı hala gətirə bilərsiniz.

Təqdimetmə forması ən az hazırlamaq qədər önəmlidir. Qayğanaq bişirəndə də onu təzə tərəvəz və göyərtilərlə bəzəyin.

Yeməyi ləzzətli göstərən digər bir ünsür boşqabdır. Makaron və salatlar üçün dərin boşqablardan istifadə edin. Ət yeməklərini isə düz, amma böyük boşqablarda servis edin.

Mətbəx əşyaları satılan dükanları gəzin. Orada işinizi asanlaşdıran bir çox qurğu tapacaqsınız. Formalar, meyvə və tərəvəzlərə forma vermək üçün xüsusi kəsici alətlər, şıq örtüklər və salfetlər əldə edin.

Əziz bəylər, həyat yoldaşınıza həmin gün yeməyi özünüzün bişirəcəyinizi deyin. Təəccüblənəcək, amma yox deməyəcək. Onu peşman etməmək üçün mətbəxdə təmiz və səliqəli işləyin. İşinizi bitirdiyiniz alətləri qabyuyan maşın qoyun. Stol bezlərini yumamış mətbəxdən çıxmayın.


Tarix: 22.11.2014 / 23:44 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Kişiler haqqında