Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəylərin xanımlardan istədikləri

Bəzən ikili münasibətlərdə "Heç bilmirəm nə istəyir axı?","Onun istəklərini başa düşə bilmirəm" və s. kimi ifadələri tez-tez eşidirik. Bu hər iki tərəfə də aid olsa da bu mövzuda bəylərin xanımlardan gözlədiyi davranışları müzakirə edəcəyik.

Bəyin xanımdan gözlədikləri:
Bir riski gözə alanda dəstək almaq - Bəylər bəzən macəraya atılmaq istəyə bilər. Bunu da xanım xoş qarşılamalıdır. Məsələn, qəfil bəy öz karyerasında dəyişiklik etmək istəyir. Bu zaman narazılıq etmək əvəzinə onu daha da cəsarətləndirməyə çalışın. Bu onun xoşuna gələr və özünə inamını artırar.

Bəzi sirrlərə sahib olma haqqı - Məsələn, dostunun sevgilisini aldatması haqqında xəbəri sizinlə bölüşməyə bilər. Bu da çox normal haldı. Çünki bu heç də sizin münasibətə aid bir sirr deyil. Onun bu cür məlumatları bəzən özündə saxlaması yetkinləşməsindən xəbər verir.

Özünü günahkar hiss etmədən bəy dostlarıyla görüşməsi - Bunun üçün bəy öz dostlarıyla görüşəndə ona etiraz etməməyə çalışın. Hər halda bütün gününü sizə ayırsa bu getdikcə aranızda narazılıq yaradacaq. Çünki istər-istəməz eynilikdən yorulacaqsınız və nəticədə olan sizin münasibətinizə olacaq. Sadəcə siz necə rəfiqələrinizlə arada görüşüb dərdləşirsinizsə onun da buna ehtiyacı olduğunu unutmayın.

Sevdiyi futbol klubu məğlub olduqda öz "kədəri" ilə başbaşa qalmaq - "Eybi yox, gələn il çempion olar" demək əvəzinə onu tək buraxın.

Yanlış bir şey dedikdə belə sizi yanında görmək - Söhbət əsnasında nəsə bir səhv edə bilər. Bu zaman onun sözünü kəsib, səhvini dərhal üzünə vurmayın. Onu bu cür pərt etməkdənsə daha uyğun bir yolla doğru olanı başa sala bilərsiniz.

Kiçik azadlıqlar - Tərəflərin bir-birlərini dəyişmədən yola getmələri çox vacibdir. Buna görə də bəydə xoşunuza gəlməyən bir hərəkət varsa, bunu dəyişmək əvəzinə olduğu kimi qəbul etməyə çalışın. Çünki, siz nə qədər çalışsanız belə o öz adətindən çətin əl çəkə.


Tarix: 21.05.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 406 Bölmə: Kişiler haqqında
loading...