beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı qadınların uşaqları çox ağıllı olur?

Bir çox araşdırma ağlın genetik faktorlardan təsirləndiyi ortaya qoyub. Ancaq genetik faktorlardan başqa kənar təsirlərin də rolu var. Hamilə qadınlar aşağıda yazılanlara əməl etməklə uşağının ağlını artıra bilər.

Hamiləlikdə Mozart ya da Beethoven dinləmək qadını sakitlışdirir. Ana namizədlərinin çoxu uşağının musiqi zövqünü artırmaq üçün klassik musiqiyə qulaq asır. Bəs, bu həqiqətdirmi? Bu üsul hamilə qadının dincəlməsinə kömək edə bilər lakin uşağın ağıllı olması üçün başqa üsullar da var.

Düzgün qidalanma, sağlamlıq vəziyyəti, hətta qadının duyğusal halı belə uşağın beyin inkişafına təsir edir. Aşağıda yazılanlar 100 faiz təsdiq olunmasa da, sağlamlıq baxımından inanılır və tövsiyə edilir.

1. Tiroidinizi kontrol edin - Aşağı tiroid bezi hamiləlikdə ana namizədlərinin 2 faizinə təsir edir. Aparılan araşdırmalarda məlum olub ki, bu anaların uşaqlarının ağlı digər uşaqlara görə az inkişaf edir. Lakin tiroid testi bahalı olduğu üçün hamiləlik zamanı yoxlanılmır. Üşümə, yorğunluq, saç tökülməsi kimi tiroit hormonu azlığına işarə verən şikayətləriniz varsa, bu testdən keçin.

2. Hərəkət edin - Clevelanddakı Case Western Reserve Universitetində araşdırma sonunda maraqlı nəticələr əldə edilib. Hamiləlik zamanı məşq edən 20 ananın uşaqları 5 yaşın çatan zaman yoxlanılıb. Məlum olub ki, onların uşaqları digərləri ilə müqayisədə daha ağıllıdır.

3. İdeal miqdarda kilo alın – Həkimlər bədən ağırlığının 20 faizi qədər kilo almağın yetərli olduğunu deyib. Alınan kilo miqdarı uşağın ağırlığını və çox güman ki, beyin böyüklüyünü və zəkasını müəyyənləşdirir.

4. Diş kontrolu edin – Hamiləlik zamanı dişlərində problemi olan anaların dünyaya daha az çəkidə uşaq gətirmə riski yüksəkdir. Bu uşaqlar inkişafında çətinlik yaradır.

5. Vitaminlər – B12 və dəmir intellektual potensilanı artırır. Uşağa yetərli dəmir verməyi qidalar təmin etmir. Odur ki, hamiləlik zamanı tərkibində dəmir olan dərmanlar qəbul edin.

6. Sevincinizi itirməyin – Uşağın hissiyatı doğmazdan əvvəl yaranır. Bu baxımdan özünü yaxşı hiss edən ana namizədi körpəsi ana qarnında ikən sevincli və şən olmalıdır. Bu uşaqların beyininə də təsir edir.

7. Qidalanmanıza fikir verin – Hamiləlik zamanı yaxşı qidalanmaq beyin inkişafında ən vacib faktorlardan biridir. Ət və yumurta kimi qidalardan çox yeyin.

8. Uşağınızı əmizdirin – Uşaq dünyaya gəldikdən sonra da onun üçün edə biləcəyiniz bir sıra işlər var. Hər şeydən əvvəl uşağı mütləq əmzidirin. Bu uşağın həm ağlını, həm də sağlamlığını müsbət tərəfə doğru dəyişəcək.

9. Depressiyadan uzaq durun – Hamiləlikdə olduğu kimi, doğuşdan sonra da depressiyadan uzaq durun. 1.200 ailədə aparılan araşdırmada maraqlı nəticələr əldə edilib. Anaları depressiv vəziyyətdə olduğu üçün uşaqlar 3 yaşına kimi yaxşı inkişaf etmir. Xüsusən də həmin uşaqların dili gec inkişaf edir.

10. Dəmiri əskik etməyin – Əlbəttə ki, bütün minerallar uşaqlar üçün lazımdır. Ancaq dəmirin təsiri böyükdür. Dəmir az olsa, beynin bəzi kritik nöqtələri az inkişaf edir.


Tarix: 06.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Körpəyə qulluq