beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana olmağın qadınlara qazandırdığı xüsusiyyətlər

Ana olmaq çətindir.Amma ana olmağın sizdən aldıqlarına deyil sizə qazandırdıqlarına da baxmalısınız. Uşaqlarınız olduğunda bəzi vərdişləriniz dəyişər. Onlara nümunə ola bilmək, onlara daha yaxşı baxa bilmək üçün əvvəlcə özünüzə diqqət yetirməyə başlarsınız.
1. Hamiləykən daha sağlam qidalanmağa başlayarsınız.Yeməklərin ancaq dadına deyil ,qidalandırıcı tərəfinə də əhəmiyyət verərsiniz. Bir qidanı qəbul etmədən əvvəl iki dəfə düşünərsiniz.Körpənizi əmizdirərkən də yedikləriniz ana südünə keçəcəyi üçün sağlam qidaları seçərsiniz.
2. Körpəniz doğulduqdan sonra şikayət etdiyiniz kilolarınızı aradan götürmək üçün idmanla məşğul olmağa başlayarsınız. Bəlkə də indiyə qədər həmişə idmana tənbəl yanaşmısınız. Kilo vermək üçün idmanla məşğul olarkən əzələləriniz və immunitet sisteminiz də güclənməyə başlayar. Ürək sağlamlığınız yaxşı bir yuxu üçün də faydalı olar.
3. Uşaqlarınıza yaxşı nümunə olmaq üçün qidalanma vərdişlərinizi dəyişdirərsiniz. Məsələn: uşaqlarınız sizi sağlam qidalar yeyərkən görsə sizdən nümunə götürəcək.
4. Açıq havaya çıxmaq uşaqlar üçün həm təmiz hava həm də enerjilərini istifadə etmək üçün lazımlıdır. Eyni zamanda sizin üçün də bir fürsətdir. Ailə tərəfindən edilən qaçış, velosiped minmə ya da onlarla birlikdə oyun oynamaq kimi fəaliyyətlər sizin özünüzü daha yaxşı hiss etmənizi təmin edər.
5. Uşaqlarınızı ən yaxşı formada tərbiyə edə bilmək üçün enerjiyə, sağlamlığa və gücə sahib olmalısınız. Buna görə uşaqlarınız üçün özünüzə əhəmiyyət verərsiniz.


Tarix: 06.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Körpəyə qulluq