beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana südünə təsir edən qidalar

1- Köp verən yeməklərdən qaçın (sarı meyvələr, mərci, xiyar, göy noxud, noxud, paxla, kələm, ispanaq).
2- Körpədə köp olduqda ağladığı normaldı. Sağlam bir körpənin bağırsağında ən az gündə 3 saat, həftədə üç gün və 3 həftə davam edən periodik köp olur. Ümumiyyətlə, axşam saatlarında sağlam körpədə birdən-birə üzdə qızarma olur, dizlərini qarınına çəkmə ilə bərabər qışqırıq şəklində ağlama başlayır və bir neçə dəqiqə içində keçir. Ağlamalar 2-3 saat davam edə bilər. Qaz çıxartmaqla ağrı yüngülləşə bilir. Köp ümumiyyətlə körpənin həyatının ilk və ya ikinci həftəsində başlayır. Altıncı həftədə şiddətlənir. Körpələrin 25%- i gündə 3 saatdan çox ağlayır. 2-3- cü ayda, bəzən də 4- cü ayda özbaşına kəsilir. Bütün körpələr təxminən 20% - 30%- i köpdən sancı çəkir. Köp səbəbi ilə əlaqəli bəzi nəzəriyyələr yaradılıb.
1.Qidadan yaranan allergiya : Bir çox südəmər körpələrdə allergiyaya səbəb onların qidalarıdı. İnək, keçi südü ana südünə yaxın olsa da, lakin onların da tərkibindəki maddələrin çoxluğu körpəyə allergiya verə bilər. Ona görə südə su qatmaq lazımdır. Aparılan təcrübələrə görə qarın ağrılarının 13 allergiyanın nəticəsidir. Həmçinin ananın qidalanması həm anada, həm də körpədə köp əmələ gəlməsinə səbəb olur. Xüsusilə ananın yediyi kələm, xiyar,brokoli kimi tərəvəzlər, inək südü, şokolad və soğan, soyuq qidalar körpədə köp əmələ gətirmə ehtimalını artırır. Hamiləlik zamanı siqaret və kafein qəbulu da ana südünün keyfiyyətini pozur.
2. Anormal peristaltizm və ya çox qaz: Uzun müddət ac qalmış və laktoza qəbulu ana və körpədə qaz əmələ gəlməsinə də səbəb ola bilər.
3. Artmış həssaslıq: Bu aylarda körpələrin sinir sistemləri hələ inkişaf etmir və xəbərdarlıqlara qarşı daha həssas olurlar.
4. Doğuş öncəsi gərginlik: Hamiləlik vaxtı psixoloji gərginlik yaşayan anaların körpələrində köp daha çox rast gəlinir.
5. Ana - atadakı gərginliklər və ekoloji faktorlar körpənin duyğularına təsir edə bilər. Müalicə: köpün heç bir müalicəsi yoxdur. Ancaq bəzi tədbirlər faydalı ola bilər:
Əvvəlcə körpənizi bir həkimə aparın ağlama və qarın ağrısının səbəbi ola biləcək digər xəstəliklərlə diqqət edin. Körpənizin rahat və tox olmasını təmin edin.
Əmdikdən sonra qucağınızdadik tutun və kürəyini yüngül ovxalayaraq gərməsini gözləyin. Körpəyə nanə, şüyüd, razyana, zirə dəmləməsi verə bilərsiniz. Nanəcövhərlə göbəyinin ətrafını ovuşdurun belini isti bağlayın.


Tarix: 03.01.2015 / 14:06 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Körpəyə qulluq